Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BBC kanalında Livandan Qarabağa köçürülən ermənilərlə bağlı reportaj
Livandan Qarabağa köçürülən ermənilər

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış keçirilib. Baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, həmin materiallar təhlil olunub. Məlum olub ki, həmin materiallar arasında Suriya vətəndaşlarına aid siyahı, pasportların surətləri də var.

Təhlil zamanı üzə çıxıb ki, siyahıda adları qeyd olunan 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilana köçürülüb.

Həmçinin, 2 may 1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, bu ölkənin Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693); 12 dekabr 1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 1 yanvar 1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də tapılıb.

Livandan Qarabağa köçürülən ermənilər

Livandan Qarabağa köçürülən ermənilər

Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Böyük Britaniyanın BBC kanalı da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma zamanı yerləşdirilənlər haqda material yayımlayıb. BBC-nin rusiyalı jurnalisti Livandan gələnlərin Qarabağ ərazisində kompakt yaşadığı yerə baş çəkib. Orada yaşayanlarla söhbətlərdən də aydın olub ki, bu adamların Azərbaycan torpaqlarında yerləşdirilməsi Ermənistan hakimiyyətinin nəzarəti altında həyata keçririlib, onlara bu istiqamətdə yardım göstərilib.

Jurnalist bildirir ki, evlərdən birində dörd qadın toplaşıb lavaş bişirir. Onlar səhər gəlib, axşam gedirlər. Lavaşları da həmin ərazidə yaşayanlara paylayır, döyüş bölgəsinə göndərirlər.

Tomar adlı erməni qadın Livanın paytaxtı Beyrutda yaşayır, oradakı bankda mühasib işləyirmiş. 2016-cı ildə Dağlıq Qarabağda yerləşdiriləndən sonra mağazada satıcı işləyib. Amma müharibə başlayandan sonra lavaş üçün xəmir yoğurmaqla məşğuldur. O bildirib ki, vətənpərvərlik hisslərinə görə köçüb gəlib. Etiraf edib ki, başının üstündə pilotsuz uçuş aparatları uçanda qorxur. Amma bu, onun üçün yenilik deyil, çünki Livanda da atəş, partlayış səsləri çox eşidib.

Tomar təsdiqləyib ki, onların məskunlaşmasına Ermənistan hakimiyyəti kömək edib: “Biz bura gələndə harada yaşayacağımızı bilirdik. Hakimiyyət kömək elədi. Andranikin də çox köməyi oldu”.

Andranik Çavuşyan Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan livan erməniləri icmasının başçısıdır. Onun özü də 2014-cü ildə anası və qardaşları ilə Livandan gəlib.

BBC qeyd edir ki, ərazidə məhz yeni məskunlaşdırılanlar üçün evlər tikilib. Andranikə də o evlərdən birini veriblər. O Livandan gəlişinin səbəbini belə izah edib: “Yaşamaq, kök atmaq, torpağını saxlamaq lazımdır. Ona görə gəldim”.

Onun sözlərinə görə, Kanadaya getmək şansı olub, amma köklərinə qayıtmağa üstünlük verib. Andranik etiraf edib ki, çatışmazlıqlar var, amma onları görməməyə çalışır.

32 yaşlı Arut 2020-ci ildə Beyrutda baş vermiş böyük partlayışdan sonra köçüb gələnlərdəndir. O bərbərdir, bu il köçüb gələnə qədər Ermənistanda olmayıb. O da təsdiqləyib ki, ailəsinin köçüb gəlməsinə erməni hakimiyyəti kömək edib.

Livandakı yaşayışı ilə indikini müqayisə edən Arut bildirib ki, burada daha ağırdır.

Azərbaycan işğal altındakı torpaqlarında məskunlaşmış, ərazilər geri qaytarılandan sonra qaçan 80 yaşlı Arina Baqdasaryan da BBC-yə danışıb. O bildirib ki, Hadrutdan gəlib. Havada pilotsuz uçuş aparatları uçmağa başlayanda bütün qocalar, yaşlılar və uşaqları çıxarıblar. O, başqa ermənilərlə birlikdə Ermənistana yola salınan avtobusda olub. Amma orada qohum-əqrəbası yoxdur.

Oğlu isə döyüşlərdə iştirak edir, dəqiq harada olduğunu bilmir. Onun sözlərinə görə, sonuncu dəfə Cəbrayılda olanda onunla əlaqə yarada bilib. Qızı isə Saratovda yaşayır. 45 il texniki məktəbdə işləyib. Ali təhsil alıb, kitabxanaçı olmaq istəsə də, maddi imkanları olmayıb. Məktəbi bitirəndən sonra ailə qurub.

Knarik Şaroyan isə Suriyada doğulub, oradan Livana, bir müddət əvvəl də Qarabağa gəlib. Oğlunun istəyilə Qarabağa köçdüyünü deyir: “Mən ona dedim ki, adamlarsız cənnət ola bilməz. Sən orada heç kimi tanımırsan, necə yaşayacaqsan? Dedi ki, yeni dostlar tapacaq özünə. Gördüm ki, çox istəyir, mən də razılıq verdim”.

Knarik deyib ki, nəvələrini döyüş bölgəsindən kənarda saxlamaq istərdi.

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »