Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Giorgi Qaxaria: “Gürcüstan hakimiyyəti müxalifətlə danışıqlara hazırdır”
Giorgi Qaxaria

Gürcüstan hakimiyyəti parlament seçkilərinin nəticələrini tanımayan müxalifətlə danışıqlara hazırdır.

“Report” xəbər verir ki, bunu ölkənin Baş naziri Giorgi Qaxaria “İmedi” telekanalına müsahibəsində deyib.

O, hakimiyyətin danışıqlara hər zaman açıq olduğunu bildirib: “Gürcüstan seçiciləri doqquz partiyaya mandat verib. Onlar hakim partiyanın qarşısında da vəzifə qoyublar: ölkəni böhrandan çıxarmaq üçün danışıqlara başlamaq. Hakim qüvvənin məsuliyyəti ondan ibarətdir ki, müxalifətlə birgə ölkənin qayğısına qalsın və ölkəni böhrandan çıxarsın”.

Hökumət başçısı seçkilərdə nöqsanların olduğunu qeyd edib: “Onlar lazımı qaydada araşdırılmalı və müvafiq hüquqi qiymətlər verilməlidir”.

Qeyd edək ki, oktyabrın 31-də qonşu ölkədə keçirilən parlament seçkilərində deputat mandatları qazanan 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. Müxalifət liderləri və tərəfdarları səsvermənin nəticələrinə etiraz olaraq aksiyalar keçirirlər.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »