Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı Lukaşenkoya sanksiya tətbiq etdi
Aleksandr Lukaşenko

Prezident seçkilərində kütləvi saxtakarlıq 26 ildir Belarusa başçılıq edən Aleksandr Lukaşenkoya baha başa gəlir.

Avropa İttifaqı ona sanksiya tətbiq edib.

Bizimyol.info xəbər verir ki, siyahıda Lukaşenko ilə yanaşı daha 14 şəxsin adı yer alıb. Onların Avropadakı aktivləri dondurulub. Bundan başqa, sanksiyaya məruz qalanlar Avropa İttifaqının sərhədləri daxilinə buraxılmayacaq.

Siyahıda dövlət başçısının oğlu Viktorun da adı gözə dəyir.

Sanksiyaların ikinci paketi də hazırlanır. Burada daha 15 nəfərin adı yer alacaq. Avropa İttifaqından bildiriblər ki, Lukaşenko prezident seçkiləri ərəfəsində və bundan sonra ölkədəki repressiyalara görə birbaşa cavabdehdir.

İttifaqın xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel sanksiyanı dövlət başçısının müxalifətlə dialoqa hazır olmamasıyla bağlayıb.

Avropa İttifaqında hesab edirlər ki, Lukaşenko Belarusdakı böhranın sülh yolu ilə həlli üçün çalışmayacaq.

Belarusda prezident seçkiləri avqustun 9-da baş tutmuşdu. Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya mübarizədə qələbə qazandığını elan etmişdi. Mərkəzi Seçki Komissiyası isə Lukaşenkonu qalib saymışdı. Tixanovskaya təzyiqlərdən sonra ölkəni tərk etmişdi.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »