Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar Leninin heykəllərini satmağa başlayıb
Ruslar Leninin heykəllərini satmağa başlayıb

SSRİ-nin ilk rəhbəri Vladimir Leninin Rusiyada hələ də çoxlu heykəli var. Təxmini hesablamalara görə, indi bizim qonşu ölkədə 6 min belə abidə qalıb.

Bizimyol.info xəbər verir ki, ruslar Leninin heykəllərini satmağa başlayıblar. “Komsomolskaya pravda” bununla bağlı material hazırlayıb. Yazıda rusların Leninin heykəllərini və büstlərini kütləvi şəkildə satışa çıxarmasından bəhs olunur. Uyğun saytlarda bu istiqamətdə elanların sayı kəskin artıb. Məsələn, Vladivostokdan bir nəfər 4 metr hündürlükdəki heykəli satışa çıxarıb. Rusiya vətəndaşı bunun üçün 1.5 milyon rubl (təxminən 20 min dollar) istəyir. Qırmızı mərmərdən olan büst üçün isə bundan üç dəfə az – 500 min rubl tələb olunur. Büstün bir qüsuru var ki, burnu sındırılıb.

Saytlarda təklif olunan ən bahalı Lenin heykəli heykəltəraş Lev Kerbelin əl işidir. Bu nümunə üçün 2.9 milyon rubl (təxminən 39 min dollar) qiymət qoyulub.

Leninin Rusiyadan sonra ən çox heykəlinin Ukraynada olduğu bildirilir. Bu ölkədə 2500-ə qədər belə abidə var. Belarusda məşhur sosialistin 421, başqa ölkələrdə isə 194 heykəli qalıb.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »