Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Təhlükəsizlik Şurasında yenə Qarabağı müzakirə etdi
Vladimir Putin

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Federasiyanın bölgələrindəki koronavirus pandemiyası ilə mübarizə baxımından mövcud vəziyyət və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib.

“TASS” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qarabağ ətrafında yaranmış vəziyyət və həll yolundakı səylər barədə fikir mübadiləsi davam etdi”, - deyə Peskov qeyd edib.

Prezidentin mətbuat katibinin sözlərinə görə, Rusiyanın sosial-iqtisadi inkişafına dair digər aktual məsələlər də müzakirə olunub.

Qeyd olunur ki, iclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəzilik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, eləcə də Prezidentin Ətraf Mühitin Mühafizəsi, Ekologiya və Nəqliyyat üzrə Xüsusi Nümayəndəsi Sergey İvanov iştirak edib.(virtualaz.org)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »