Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir MDB ölkələrini Ermənistanın törətdiyi hərbi cinayətləri qınamağa çağırıb
Əli Əsədov

“Ermənistandan fərqli olaraq Azərbaycan silahlı qüvvələri dinc əhali və müki obyektlərə hücum etmir. Onlar yalnız legitim hərbi hədəfləri məhv edirlər. Biz MDB-nin üzv dövlətlərini Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən Ermənistanın əməllərini qınamağa çağırırıq”.

Bizimyol.infoxəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Müstəqil Dövlətlər Birliyinin Hökumət başçıları Şurasının iclasında söyləyib.

Ə.Əsədov qeyd edib ki, Ermənistan münaqişəyə üçüncü dövlətləri, xüsusilə KTMT üzvlərini cəlb etmək və hərbi əməliyyatların coğrafiyasını genişləndirmək üçün öz ərazisindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərini vurmaqla Azərbaycanı Ermənistan ərazisinə cavab atəşi açmağa məcbur etməyə çalışır: “Bir daha qeyd etmək istəyirəm ki, hərbi əməliyyatlar Ermənistan ərazisində deyil, Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş ərazisində aparılır. Həmçinin qeyd etmək istəyirəm ki, mülki təyyarə vasitəsilə Ermənistana Azərbaycanın işğal altında olan ərazilərinə göndərmək məqsədilə qaçaq yolla silah tədarükü gerçəkləşdirilir. Bu cür qeyri-qanuni əməllər Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və prinsiplərinə ziddir. Həmçinin Ermənistana müxtəlif ölkələrdən Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün muzdlular göndərilir”.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »