Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Erməni diasporası xaricdə humanitar yardım adı altında pul toplayaraq silah alınması üçün Ermənistana göndərir”
Emin Həsənli

“Döyüş meydanında böyük itkilər verən Ermənistan xaricdə qeyri-hökumət təşkilatları və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir”.

Bunu Bizimyol.info-ya açıqmasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

E.Həsənli qeyd edib ki, humanitar yardım adı altında dünyada pul toplayan erməni diasporası Ermənistana silah alıb göndərir: “Azərbaycanın müstəqilliyinin ilkin dövrlərində dövlətimizin zəif olduğu, vahid ordu komandanlığının olmadığı və iqtisadiyyatımızın zəif olduğu vaxtda ərazilərimiz işğal edildi. Həmin dövrdə Ermənistan dünyanın hər yerindən pul toplayaraq SSRİ rəhbərliyinin köməyi ilə torpaqlarımızı işğal etdi.

İşğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda erməni diasporasından gələn pulllar hesabına bunkerlər və istehkamlar tikildi. Erməni diasporu illərlə bunun üçün milyardlarla maliyyə vəsaitini Ermənistan dövlətinə göndərib. Erməni diasporası işğalçılıq siyasətləri üçün filmlər çəkiblər, jurnallar buraxıblar, kitablar yazıblar, dünya mətbuatını ələ almaq üçün pullar xərcləyiblər. Bu gün isə onlar Qarabağda məğlub olurlar. Bu, Ermənistan terrorçularının təkcə Qarabağda məğlubiyyəti deyil, dünyada “erməni xəstəliyi”nin məğlubiyyətidir. Onları biz müalicə ilə sağalda bilmədik. Ordumuz əməliyyatla sağaldır. Xəstə təfəkkürlü ermənilər Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə ölüm-dirim savaşı kimi baxırlar. Ona görə də bütün imkanlarını səfərbər edərək humanitar yardım adı altında dünyadan pul toplayıb silah alınması üçün Ermənistana göndərirlər. Amma bunların nəticəsi olmayacaq. Qarabağa gələn erməni terrorçularının hər biri ordumuz tərəfindən məhv ediləcək, gətirdikləri silah-sursatlar ya məhv ediləcək, ya da qənimət kimi götürüləcək.

Bu gün Azərbaycanın çox güclü ordusu var və çox möhtəşəm plan həyata keçiliri. Yaxın günlərdə bütün torpaqlarımız işğaldan azad ediləcək”.

Ramid İbrahimov

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »