Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balaca Xədicənin qəyyumluq məsələsi dövlətin diqqətindədir
Gəncə zərərçəkmiş günahsız körpələr

Ermənistanın törətdiyi Gəncə təxribatı zamanı ailə üzvlərini itirən 3 yaşlı Xədicənin himayəsi ilə bağlı ata və ana qohumları arasında mübahisə yaranıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Həmin görüntülər ictimai qınaq və rezonansla qarşılanıb. Məslə ilə bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıqlama verərək, baş verənlərin diqqətdə saxlanıldığını, narahatlığa səbəb olmadığını qeyd edib.

"Ermənistanın terrorcu dəstələrinin Gəncəyə xain raket hücumu nəticəsində hər iki valideynini itirmiş balaca Xədicəmizin hər iki tərəfdən yaxın ailə üzvlərindən hansının himayəsində qalması ilə bağlı məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti yerli qurumların nümayəndələri tərəfindən nəzarətə götürülüb.Hər birimiz məsələnin mövcud qanunvericiliyə uyğun olaraq yalnız Xədicənin mənafeyinə uyğun həll olunmasına calışırıq.

Mətbuatda və sosial şəbəkələrdə yayılmış video ilə bağlı hər kəsin narahatlığını anlayışla qarşılamaqla yanaşı,belə həssas məsələdə bir az da səbrli və təmkinli olmağı tövsiyyə edərdim.

Həyəcan və təşviş yaradan məlumatları yaymazdan əvvəl müvafiq orqanlarla əlaqə saxlamaq və məlumatlandlrmaq daha effektli təsir göstərə bilər.

Bununla belə hər birinizə laqeyd qalmadığınıza, balaca Xədicəmiz ücün calışdığınıza və bizə də yardımcı olduğunuza görə təşəkkür edirəm",- deyə o bildirib.

İlhamə

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »