Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyada evlərin qiymətində kəskin artım qeydə alınıb
Böyük Britaniyada evlərin qiymətində kəskin artım qeydə alınıb

COVID-19 virusunun sürətlə yayılmasının Böyük Britaniyanın əmlak bazarında azalma meyllərinin yaratmasına baxmayaraq, oktyabr ayında ölkədə yaşayış evlərinin qiymətləri 2016-cı ilin iyun ayından etibarən ən kəskin səviyyədə artıb.

"Reuters"in verdiyi məlumata görə, ipoteka kreditoru "Halifax" şirkəti oktyabrda Böyük Britaniyada evlərin qiymətlərinin illik 7,5% artdığını bildirib. Sentyabrda bu göstərici 7,3% idi.

Şirkət qeyd edir ki, təkcə oktyabrda qiymətlər 0,3% artıb və bu, son 4 ayın ən zəif artımı kimi qeydə alınıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »