Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan məğlubiyyətin günahkarını axtarır
Ermeni hərbi geyimi

Ermənistanda müharibədəki məğlubiyyət ətrafında növbəti qalmaqal alovlanır.

“Sputnik Ermənistan” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ilə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi arasında “məxməri inqilab”dan əvvəl və sonra Ermənistana silah tədarükü ilə bağlı mübahisə yaşanıb.

Hər şey Ovannisyanın İctimai televiziyanın efirində çıxışı və çıxışı zamanı son iki ildə ordunun bundan öncəki 10 il nisbətən daha çox innovativ texnoloji silah aldığını söyləməsi ilə başlayıb.

Bu açıqlamaya reaksiya verən Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisindən bildirilib ki, ya Ovannisyan rəqəmlərlə tanış deyil, ya da bilərəkdən gerçəkliyi təhrif edir.

“168 jam” nəşrinə açıqlamasında keçmiş prezidentin nümayəndələri Ovannisyanın sözlərinin reallıqla heç bir əlaqəsinin olmadığını, bu barədə danışmağı və bu anda günahkar axtarmağı yersiz hesab etdiklərini söyləyiblər. Onlar döyüşlər bitdikdən sonra bu mövzunu daha ətraflı qaldıracaqlarına söz veriblər.(report)

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »