Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis dörd narkotaciri saxlayıb
Narkotik

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakinləri A.Əliyev və R.Adilov saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə A.Əliyevə və R.Adilova narkotik vasitəni satmaqda şübhəli bilinən Şəki şəhər sakini V.Mahmudov da müəyyən edilərək saxlanılıb və şəxsi axtarış zamanı ondan da marixuana götürülüb.

Polis əməkdaşları tərəfindən V.Mahmudova narkotik vasitəni satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Q.Şirinov da saxlanılıb.

Yaşadığı evə baxış zamanı oradan marixuana və elektron tərəzi aşkarlanıb.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
Son xəbərlər
Bütün xəbərlər »