Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vüqar Bayramov: "Pulsuz tibbi xidmət üçün büdcədən vəsaitin hansı qurumlar tərəfindən ödəniləcəyi dəqiqləşdirilməlidir"
Vüqar Bayramov

“Pulsuz tibbi xidmət və dövlət büdcəsindən bu vəsaitin ödənilməsi ümumi xarakter daşıyır. Bunun konkret hansı qurumlar tərəfindən ediləcəyi dəqiqləşdirilməlidir”.

Bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən 1 milyarda yaxın vəsaitin ayrılması nəzərdə tutulsa da, pandemiya səbəbindən icbari tibbi sığortanın tətbiq edilməsi mümkün olmadı: “Amma gələcəkdə bu vəsait yenə də ayrılacaq. Ona görə də qanun layihəsində də tibbi sığorta xərclərinin ödənilməsi üçün konkret ünvan kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi göstərilməlidir. Eyni zamanda digər qanun layihələrində (“Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”) maliyyə mənbəyi konkretləşdirilməlidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə Vüqar Bayramova cavabında bildirib ki, maliyyələşməni konkret hansı qurumun həyata keçirəcəyi Prezidentin fərmanı ilə müəyyən ediləcək.(apa)

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »