Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər ABŞ-da türk restoranına hücum edib
Ermənilər ABŞ-da türk restoranına hücum edib

Ermənilər özünü həmişə əzilən tərəf kimi göstərsə də, ilk imkandaca gerçək xislətini ortaya qoyur. Onların növbəti zorakılığı ABŞ-da qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Kaliforniya ştatında ermənilər türk restoranına hücum edib. Noyabrın 5-də axşam saatlarında 7-8 nəfər “Cafe Istanbul”a girərək hər yeri dağıtmağa başlayıb. Restoranda şam edən bir türk ailə təhlükəsizlik üçün arxa qapıdan qaçmalı olub. Ailənin başçısının sözlərinə görə, “Cafe Istanbul”dan təxminən 50 metr uzaqlaşandan sonra küçədə daha 15-20 erməni ilə qarşılaşıblar. Ailə ən yaxınlıqdakı yaşayış binasına sığınıb, həyatını xilas edə bilib.

Hadisə yerinə Türkiyənin Los-Ancelesdəki konsulu Can Oğuz gəlib. O, polisin zorakılıqla bağlı cinayət işi açdığını deyib. Oğuz vaxtilə Los-Ancelesdə ermənilərin türkləri qətl etdiyini də xatırladıb. Konsul məsələni diqqətdə saxlayacaqlarını bildirib.

Cənubi Kaliforniya Amerikan Türk Dərnəyinin rəhbəri Nilay Şenel erməni vəhşiliyinə göz yummayacaqlarını deyib. Onun sözlərinə görə, türk sahibkarlara təhdid zəngləri də gəlir.

“Cafe Istanbul” Los-Ancelesdə türklərin xüsusi üstünlük verdiyi restoranlardandır. Erməni hücumu iaşə obyektinə böyük maddi ziyan vurub.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »