Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı - Ekspertin təhlili
Natiq Cəfərli

Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə geniş enerji infrastrukturu əsasən dağıdılıb və ya talan olunub.

Dağlıq Qarabağ və ətraf regionlarda müxtəlif enerji mənbələrindən istifadə üçün çox böyük potensial var. Belə ki, hidroenerji, günəş enerjisi və geotermal enerji potensialları, eləcə də, külək enerjisi imkanları və daş kömür ehtiyatı var.

İqtisadçı-ekspert Natiq Cəfərli Bizimyol.info-ya bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonların enerji potensialından effektiv istifadə etmək üçün dövlət proqramı qəbul edilməlidir.

“Bol sulu çayların üzərində elektrik enerjisi üçün tikilmiş hidravliq qurğular çox əhəmiyyətlidir. “Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. Günəş erjisinə gəldikdə, Azərbaycanın hər tərəfi önəmlidir. Bunun üçün Azərbaycanın hər çür imkanı var”,-deyə N.Cəfərli bildirib.

Ekspert qeyd edib ki, ekoloji təmiz enerji mənbələrinə Azərbaycanın ehtiyacı var: “Dağlıq Qarabağ kifayət qədər enerji resursları ilə zəngindir: Torpaq, su, külək və günəş enerjisi var.

Ərazilər işğaldan azad ediləndən sonra enerji ehtiyatlarını daha rasional, daha effektiv istifadə etmək üçün dövlət proqramlarının qəbul olunmasına, özəl sektorun bu işə cəlb olunmasına ehtiyac yaranacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »