Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ovannisyanın Azərbaycandan aman diləməsinə sayılı günlər qalıb...
İlham İsmayıl

Səddam Hüseyinin bir məşhur informasiya naziri vardı – Muhammed Səid-əl Saaf. Sonuncu Amerika –İrak müharibəsi zamanı hər gün televiziyadan İrak ordusunun Amerika qoşunlarına ağır zərbələr endirdiyini, amerikalıların çıxılmaz duruma düşdüklərindən və qaçdıqlarından danışırdı. Müharibənin sonuncu günündən bir gün əvvəl də televiziya çıxışında artıq amerikalıların təslim olmağa hazırlaşdığını elan etmişdi. Bu müharibənin, Səddam Hüseynin, onun qələbələrdən danışan Muhammed Səid -əl Saafın da sonu məlumdur.

Müharibə başlayandan bəri hər dəfə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsurun Ovannisyan danışanda yadıma Səddamın bu məşhur informasiya naziri düşürdü.

Ovannisyanın son açıqlamasında isə yadıma Əl-Saaf yox, dostum Zülfüqar Hüseynzadənin danışdığı, ya öz kəndlərində, ya da qonşu kənddə olan bir məzəli hadisə düşdü. Deməli, bir kişi gecə kəndçilərinin birinin evindən xeyli pendir oğurlayır. Səhər kənd arasına çıxanda görür ki, bir neçə yerdə adamlar toplaşıb nəsə danışırlar. Yaxınlaşan kimi soruşur ki, “ Əə.., nə pendir-pendir söhbətidi eliyirsiniz?” Xain və oğru xoflu olar.

İndi Ovannisyan son açıqlamasında deyir ki, “əgər Azərbaycan diversantlarından biri Şuşada bayraq asıb öz şəklini çəkib yaysa, təəccüblənməyin. Meşədən, dağdan bir-iki nəfər keçib bu işi görüb, sonra da qaçıb gedirlər”. Açıqlamsının sonunda belə bir cümlə də işlədib:” amma, ola bilsin və istisna olunmur ki, hansısa düşmən diversant Şuşa qalasının fonunda Azərbaycan bayrağı ilə şəkil çəkdirsin”.

Bax, “pendir söhbəti” budur! Ovannisyan əl yeri qoyur ki, Şuşa qalasında indilərdə Azərbaycan bayrağı dalğalana bilər, amma Əl-Saaf kimi “qələbə”dən danışır.

Əl-Saafın son aqibətini Ovannisyanın yadına salmaq lazımdır. Arvad paltarı geyib Bağdadın qadınlar məhəlləsində gizlənirdi. Hərdən də amerikalılara xəbər göndərirdi ki, könüllü olaraq Amerikaya təslim olmaq istəyir. Ovannisyanın da Azərbaycandan aman diləməsinə sayılı günlər qalıb. Sahibi Paşinyanın da Əl-Saafın sahibi Səddam kimi hansı quyudan çıxacağı maraqlı olardı.(moderator.az)

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »