Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yelo Bank əməkdaşının ailəsinə başsağlığı verir
Yelobank

Bildiyiniz kimi, 28 oktyabr tarixində düşmənin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq, döyüş bölgəsindən xeyli aralıda yerləşən dinc Bərdə şəhərini “Smerç” yaylım atəşli raket sistemindən atəşə tutması nəticəsində xəsarət alanlar arasında Yelo Bankın Bərdə filialının əməkdaşı Paşayev Niftalı da var idi.

Nankor hücum nəticəsində ağır yaralanan həmkarımızı xilas etmək üçün bütün komandamızı səfərbər edib, Niftalının sağalması üçün əlimizdən gələni etdik, amma, çox təəssüf, dualarımız və həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı.

Bu xəbərdən nə qədər sarsıldığımızı ifadə etmək çox çətindir, Niftalının yaxınlarının hal-hazırda keçirdiyi hissləri hər birimiz keçiririk.

Yelo Ailəsi olaraq həmkarımızın ailəsinə səbr diləyir və dəstəyimizi onlardan əsirgəməyəcəyimizi bildiririk.

Allah rəhmət eləsin!

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »