Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur hərbi ekspert ermənilərə səsləndi
İqor Korotçenko

Rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə qarışmasında israr etməkdə davam edən ermənilərə müraciət edib.

Virtualaz.org bildirir ki, məşhur ekspert yazıb: "Erməni diasporları rəhbərlərinin uşaqlarından Qarabağ cəbhəsinə döyüşməyə kimin getdiyi barədə məlumat vermək xahişimə, əslində cavab almadım-aldığım yalnız təhqirlər və söyüşlər oldu: belə fərdlər dərhal “ömürlük qadağaya” göndərilirdilər. Vəziyyət əvvəlki kimi qalır: özləri Qarabağa döyüşə getmək istəmirlər, lakin Rusiyanı onlar üçün Qarabağda müharibə aparmağa çağırırlar.

Əgər Ermənistan 90-cı illərdə Azərbaycan ərazisinin 20 faizini işğal etmiş suveren və müstəqil ölkədirsə, — onda müstəqil şəkildə də müharibə aparın və həmin əraziləri müdafiə edin (Paşinyan deyirdi axı, “Qarabağ-Ermənistandır”).

Əgər bu əraziləri saxlaya bilmirsinizsə, onda BMT-nin Dağlıq Qarabağa dair məlum dörd qətnaməsi əsasında Azərbaycanla sülh bağlayın...

Sizin uğursuzluğunuzda Rusiya günahkar deyil - hörmətli ermənilər, sizin özünüz günahkarsınız. Siz Qarabağ cəbhəsindəki səngərlərdə oturmaq əvəzinə Facebook-da oturursunuz-bu sizin seçiminizdir. Bu seçimi özünüz etdiniz.

Serj Sarqsyanın dövründə korrupsiya və xəzinə oğurluğu, Hitler əlaltısı Qaregin Njdenin abidəsi, postsovet məkanında ən böyük ABŞ səfirliyi, "rəngli inqilab", Paşinyan və onun sorosçu ətrafı, saysız - hesabsız Amerika QHT-ləri, KTMT-yə çamur atma (Xaçaturovun işi), Ermənistanda Rusiya telekanallarına azad giriş şəbəkəsinin kəsilməsi, Rusiya biznesinin təqib edilməsi, rusiyapərəst siyasətçilərin və Ermənistan Konstitusiya Məhkəməsinin təmizlənməsi-bunların hamısını siz özünüz etdiniz, hər şeyi siz özünüz!..”.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »