Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı

Ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdib və vaksinasiya prosesi başlayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"ya verilən məlumata görə, qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub. Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur.

Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »