Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə yenə neftin qiymətini aşağı salır
Səudiyyə yenə neftin qiymətini aşağı salır

Neft bazarında sabitlik yenə pozulub. Qiymət hətta 35 dollara gedib çıxmışdı.

Son günlər nisbətən müsbət tendensiya müşahidə olunur. Buna baxmayaraq, neft bazarında baş verənlər çox nikbinliyə yer qoymur.

Bizimyol.info xəbər verir ki, Səudiyyə Ərəbistanı yenə neftin qiymətini aşağı salmaq qərarına gəlib. Ərəb ölkəsi dekabrda Asiya və ABŞ üçün sərfəli addım atmağı planlaşdırır. Səudiyyə Ərəbistanı asiyalılar üçün 10, ABŞ-ın xeyri isə 20 sent keçəcək.

Krallıq koronavirusa görə belə addım atmağa məcburdur. Çünki dünyada virusa yoluxanların sayı sürətlıə artır. Belə tezliklə həyatın normal axara dönəcəyi gözlənilmir. Səudiyyə Ərəbistanı isə bazarda mövqelərini qorumağın dərdini çəkir.

Maraqlıdır ki, “Saudi Aramco” avropalılara güzəşt etməyəcək. Əksinə, onlar üçün qiymət 1 dollar artırılır. Həm də ona görə ki, Səudiyyə Ərəbistanı daha əvvəl Avropa ölkələri üçün qiyməti aşağı salmışdı.

“Saudi Aramco” dünyanın ən varlı neft şirkəti sayılır. Amma bir müddət əvvəl məlum olmuşdu ki, ərəb şirkəti üçüncü kvartalda 11.78 milyard dollar itirib.

Son xəbərlər
Bütün xəbərlər »