Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan Türkiyənin güclənməsindən narahatdır
Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik

Yunanıstan illərdir Türkiyə ilə yola getmir. Son vaxtlar vəziyyət bir az da gərginləşib.

Bizimyol.info xəbər verir ki, Yunanıstan Türkiyənin güclənməsindən narahatdır. Belə olmasaydı, Avropa dövləti hər imkandaca Türkiyənin əleyhinə çıxmazdı. Yunanıstanın Xarici İşlər Naziri Nikos Dendias Almaniya səfəri zamanı yenə əvvəlki xahişini təkrar edib.

Nikos Dendias Nikos Dendias

O, artıq bir dəfə almanların Türkiyəyə silah satışından imtinasını istəmişdi. Dendias yenə eyni fikirləri təkrarlayıb.

Yunanıstanın Xarici İşlər Nazirinin Berlin səfəri zamanı əsasən Aralıq dənizinin şərqindəki vəziyyət müzakirə olunub. Məhz buradakı hadisələr Türkiyə ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Ankaranın təbii qazla bağlı kəşfiyyat əməliyyatları Afinanın ürəyincə deyil.

Dendiası almanların Türkiyə üçün “Ture 214” sualtı gəmisi hazırlaması da çox narahat edir. Afina düşünür ki, Ankara bu vasitədən Aralıq dənizində güclər balansını pozmaq üçün istifadə edəcək. Dendias deyib ki, Türkiyənin belə güclənməsi təkcə Yunanıstan və Kipr yox, Avropa İttifaqının üzv dövlətləri üçün də təhlükəlidir.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »