Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maaloufun Vartanı
Xankəndi - Ermənilər Yetrevana gedir
“- Kimsən? Nə haqla məni yuxudan oyandırırsan?

- Ustad. Məni Nizamülmülkün yanında heç görməmisiniz? Onun mühafizi idim, kölgısi idim. Mənə erməni Vartan deyirlər...

- Mühafizi, kölgəsi deyirsən, hə? Yəni onu qorumaq sənin vəzifən idi.

- Həmin vaxt uzaqda qalmağımı əmr etmişdi. Hər kəs yaxşı bilirdi ki, o özü bu cür ölmək istəyirdi. O qatili öldürsəydim belə, yerinə bir başqası gələcəkdi. Mən kiməm ki, ağamla taleyi arasına girim?”

Bu bədii dialoq Livan əsilli Fransa yazıçısı Amin Maaloufun “Səmərqənd” romanındandır. Erməni yandaşı olduğu iddia edilən tanınmış yazıçı (keçmişdə jurnalist) 400-500 səhifəlik bu romanı bəlkə də Vartanı bizə xilaskar kimi tanıtmaq üçün yazıb.

Zamanında bir erməni müəllifin yəhidilərin soyqırımına dair kitabı çıxmışdı. Orda cəmi iki-üç cümlədə təsvir olunurdu ki, guya bir erməni qadını yəhudi çağasını götürüb süd verib böyüdübmüş.

Cəmi iki-üç cümləyə görə adam 700 səhifəlik kitab yazıb.

Amin Maaloufun da “Səmərqənd”i “Vartan”a görə yazdığını düşünmək olar bəlkə də. Hərçənd əsər sanki məşhur Ömər Xəyyamın 1912-ci ildə “Titanik” gəmisində Atlantik okeanının dibinə gömülən “Rübaiyyat” kitabına həsr olunub. Ancaq yəqin ilk baxışdan belədir.

Bəli, Maaloufun təhkiyəsində “Erməni Vartan” Alparsan və Məlikşah kimi qüdrətli Səlcuqlu hökmdarlarının müdrik vəziri olmuş, məşhur “Siyasətnamə”nin müəllifi Nizamülmülkü Avropalıların “Assasinlər” adlandırdığı Haşhaşilərin öldürməsinə mane olmayıb. Buna da bir bəhanəsi var: ağası ilə ağasının taleyi arasına girmək istəməyib. Amma əsərin sonrakı bölümlərində Vartan Ömər Xəyyamın “qoruyucu mələyi” kimi sırınır.

Bu Vartanlar Qarabağda da iki yüz ildir yaşayırlar; bura – Azərbaycan türklərinin torpaqlarına da İrandan köçüblər. Ötən yüzilin əvvəlində isə Osmanlı İmperiyasından qovulan ermənilər yenə də Azərbaycan türklərinin tarixi torpaqlarında özlərinə dövlət qurmaq fürsəti yaxaladılar. İkincisi “dövlət”i də yenə ötən əsrin axırında qurmağa çalışdılar. “Ağası ilə ağasının taleyi arasına girmək istəməyən” Vartan iki yüz il torpağında yaşadığı xalqa silah qaldırdılar. Ermənistan da onlara köməyə gəldi və torpaqlarımızı zəbt etdi. Yerli ermənilər öz ağası olmuş türkləri, eləcə də, kürdləri İrəvandan, Livandan, ordan-burdan toplanıb gələn Daşnak cəlladlardan, eləcə də, rus muzdlu əsgərlərindən nəinki qorudu, əksinə, özü də türklərin qətliamında iştirak etdi. Və soruşsan bəlkə də deyəcək: “Mən kiməm ki, ağamla taleyi arasına girim?”

İrandan-Turandan gəldilər, iki əsr yaşadılar, ancaq torpağında yaşadıqları türklərə qarşı xain çıxdılar, Ermənistanı işğala həvəsləndirib dəstəklədilər. Amma bunun əksini edə bilərdilər. Hadisələrin bu günkü yerə gəlib çıxmasını əvvəldən görə bilən, ya da görüb deyə bilən ziyalıları da, fikir adamları da olmadı ki olmadı. Ancaq hər şey başqa cür ola bilərdi.

Tarixə baxsaq, Lotaringiya almanlarının nümunəsi var: Birinci Dünya Müharibəsində Almaniya Fransadan Lotaringiyanı qoparmaq üçün hücum edəndə yerli almanlar silah götürüb Kayzer İkinci Vilhelmin ordusuna qatılmaqdan boyun qaçırdılar. “Bizsiz!” deyə bir şüarları vardı Lotaringiya almanlarının. Bunu Qarabağ erməniləri də edə bilərdi. İşğalçı ordu Ermənistandırsa belə, onun apardığı müharibəyə dəstək verməyə bilərdi. Elə etmiş olsaydılar, hadisələr bəlkə başqa cür cərəyan edərdi. Və bu gün Azərbaycan ordusunun uğurlu əks-həmləsi qarşısında qaçıb Ermənistana sığınmaq, yaxud Qarabağ dağlarında ölüb qalmaq zorunda qalmazdılar. Bəli, biz deyirik, Qarabağdakı erməni əhalisi ilə birlikdə yaşamağı öyrənməliyik. Ancaq onlar öz səhvlərindən nəsə öyrənibmi?

“Həyat – beşiklə məzar arasında sınaq müddətidir” deyir Balzak. Bu sınaqlardan keçə bildilərmi ermənilər?! İndiki “olum-ölüm” dilemması onlara bir şey anlatdımı?! Beşiklərini məzarlarına döndərdikləri körpələrimizə görə varsa vicdanları sızladımı?!

Əlbəttə, dövlətimizin qanuni iradəsi qarşısında boynumuz tükdən incədir; onların yenidən geri qayıtmasına və Qarabağ dağlarlındakı yaşamlarının davamına razıdır. Bu, ola bilər. Ancaq şəxsən mən Qarabağ ermənilərinin artıq o dağlarda yaşamağa mənəvi haqlarını itirdiklərini düşünürəm. Formal haqları davam etsə də. Bəlkə yanlışdır. Amma bu, mənim düşüncəmdir.

Və biz onlara toparlanmaq, güclənmək, silahlanmaq imkanları tanısaq (boş buraxsaq) onların qələbəsi ilə bitən Üçüncü (bəlkə də sonuncu) Qarabağ Müharibəsi də olacaq. Biz bu xalqa bələdik. Ona görə bizim bu coğrafiyada – iki imperiya keçmişi arasında və erməni xisləti ilə qonşuluqda salamat qalmaq üçün güclü qalmaqdan başqa yolumuz yoxdur. İndi sərhədimizin o üzünə qaçan və qaça bilməyən Qarabağ ermənisi Vətənimizdə yaşasalar belə, bundan sonra vətəndaş ola biləcəklərmi, ya yox – bundan əmin deyiləm. Onlar bizə yoldaş yox, həmişə yolumuzda daş olmağa çalışacaqlar.

Bahəddin Həziyev Bahəddin Həzi
Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »