Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb
Sahibə Qafarova

Noyabrın 5-də Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının ölkəmizdəki səfiri Daynis Qarançs ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sədr bildirib ki, Azərbaycan dost və tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük önəm verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan spiker cəbhə bölgəsindəki vəziyyət barədə danışıb, erməni tərəfinin təxribatları haqqında geniş məlumat verib.

Həmçinin, COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanda və Lativiyada həyata keçirilən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılaraq, bu sahədə beynəlxalq əməkdaşlığın rolu qeyd olunub.

Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Diplomat səfir kimi iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyərək, dövlətlərarası münasibətlərdə parlament diplomatiyasının rolunu yüksək qiymətləndirib.

Söhbətdə səfir qeyd edib ki, Cənubi Qafqazın bu bölgəsində baş verən proseslər onların da diqqət mərkəzindədir. O, regional münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması barədə öz dövlətinin mövqeyini bir daha səsləndirib.

Həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlığın müxtəlif aspektləri, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Yaralı əsgər deyirdi ki, komandirimə yardım göstərin, mən gözləyə bilərəm” – müharibə həkimi
Son xəbərlər
Bütün xəbərlər »