Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara Qarayev: "28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm"
Qara Qarayev

"Güclü komandaya qarşı oynayacağıq. "Sivasspor" yaxşı dönəmlərindən birini yaşayır. Bizi maraqlı və çətin görüş gözləyir".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev "TRT Spor"a müsahibəsində UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi mübarizə apardıqları I qrupda ardıcıl iki görüşün Türkiyədə baş tutduğunu xatırladıb: "İstanbula gəldiyimiz andan polislərdən adi vətəndaşa kimi - hər kəs bizə xüsusi diqqət göstərir. Burada çətinlik çəkməməyimiz üçün əllərindən gələni edirlər. Buna görə qardaş ölkənin polislərinə və vətəndaşlarına təşəkkür edirəm. Burada özümüzü yad insan kimi hiss etmirik. Bu gün daha sıx münasibətlərimiz var".

Qarayev cəbhə bölgəsində baş verən hadisələrə də toxunub: "Mən 1992-ci ildə Füzulidə anadan olmuşam. 28 il öz torpağıma, doğulduğum kəndə gedə bilməmişəm. Bu gün Azərbaycan Ordusu bu sevinci bizə yaşadır. Uzun illərdir, torpağaqlarımız işğal altında idi. Bu, o demək deyil ki, Azərbaycan milləti, Ordusu, dövləti qorxaqdır və nədənsə çəkinir. Biz münaqişənin sülh yolu ilə həllini gözləyirdik, amma mövcud durum buna gətirib çıxartdı ki, torpaqlarımızı müharibə ilə geri qaytaraq. İlk olaraq Ordumuza təşəkkür edirəm. Daha sonra millətimizə, Prezidentimizə, haqq yolunda bizi dəstəkləyən türkiyəli qardaşlarımıza və digər dövlətlərə öz minnətdarlığımı bildirirəm. Biz işğalçı deyilik, öz Vətənimizdə müharibə aparırıq. Mən 28 il sonra doğulduğum torpaqlara qayıdıram".

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Paylaş »
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
››› Yerevanda polis etirazçılara güc tətbiq edib, Paşinyanın əleyhdarları saxlanılıb - Video
››› Niyə Yerevanda erməni hərbi əsirlərin Bakıda parada çıxarılacağından qorxurlar?
Son xəbərlər
Bütün xəbərlər »