Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Qara dənizdə geoloji kəşfiyyatı bərpa edib
Türk gəmisi

Türkiyənin “Fatih” tədqiqat gəmisi Qara dənizdə kəşfiyyat-qazma işlərinə yenidən başlayıb.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Qara dənizin “Fatih”i hazırlıq işlərindən sonra “Türkali-1” yatağında qazma işlərini bərpa etdi. Qazma işləri 75 gün davam edəcək. Bərəkətli olsun”, - deyə o, tvitter səhifəsində yazıb.

Daha əvvəl o, Türkiyənin Qara dəniz sahillərindən təxminən 100 dəniz mili məsafədə yerləşən Sakarya qaz yatağında 30-40 quyu qazılmasının planlaşdırıldığını açıqlamışdı.

Türkiyə bu yataqdan ilk qaz axınını 2023-cü ildə 5-10 milyard kubmetr həcmində gözləyir. 2025-ci ilə qədər bu yataqdan hasilat həcminin 15 milyard kubmetrə çatacağı gözlənilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Qara dənizdə təxminən 320 milyard kubmetr ehtiyatı olan qaz yatağının aşkar edildiyini elan edib. Oktyabrda o, yataqda 85 milyard kubmetr yeni ehtiyatların tapıldığını da açıqlayıb. Beləliklə, yatağın ümumi ehtiyatları 405 milyard kubmetr həcmində təxmin edilir.(report)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib
Son xəbərlər
Bütün xəbərlər »