Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib - Video
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

Bizimyol.info-nun FHN-in mətbuat xidmətinə istinadən verdiyi məlumatda qeyd olunur ki,  məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

- “112” qaynar xəttinə məlumat verin;

- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

- liftdən istifadə etməyin; - qonşuları xəbərdar edin.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »