Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“SOCAR Trading” ilin treyderi elan edilib
SOCAR

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Trading” şirkətinin mayeləşdirilmiş neft qaz (LPG) bölməsi üzrə rəhbəri Floran Şevrier (Florent Chevrier) “Argus LPG Awards of Excellence 2020” versiyası üzrə ilin treyderi elan edilib.

F.Şevrier Cenevrədə yerləşən qlobal enerji ticarətində uzun müddət işləyən bir treyderdir və bu mükafata sənayenin görkəmli həmkarları tərəfindən layiq görülüb.

“Argus LPG Awards of Excellence 2020” mükafatı Ümumdünya Mayeləşdirilmiş Neft Qazı (LPG) Assosiasiyası (WLGPA) ilə birgə tərəfdaşlıqda təqdim edilib. Bu mükafatın seçimi 4 kateqoriya üzrə aparılır. Bunların arasında “İlin Treyderi”, “COVID-ə qarşı dözümlülük”, “İnnovasiya texnologiyaları” və “Milli Assosiasiyasiyalar” kateqoriyası var.

F.Şevrier ticarət sahəsində yaradıcılıq, dəyişən ticarət axınlarına adaptasiya məsələlərində liderlik və yeni təchizat mənbələrinin açılması, həmçinin LPG birliklərin və yerli iqtisadiyyatlara tələbat baxımından dəstəyin verilməsi üzrə 2020-ci ilin treyderi nomiyasına layiq görülüb.

F.Şevrier bu mükafatı öz tərəfdaşlarından qəbul etdiyi üçün çox qürurlu olduğunu bildirib: "Mən çox xoşbəxtəm ki, öz həmkarlarımla bir yoldayam və “SOCAR Trading”in LPG komandası adından bu prestijli mükafatı qəbul edirəm. İnanıram ki, bu mükafat “SOCAR Trading” tərəfindən tətbiq edilən sənayenin uğurlu biznes modeli kimi qəbul ediləcək. Biz bütün işlərimizdə dürüstlüyün təməlini qurduq və bütün kommersiya tərəfdaşlarımızla dərin bağlar yaratdıq”.

O, sonda “Argus Media”ya təşəkkürünü bildirib.

“Argus LPG Awards of Excellence 2020” mükafatının əsas mövzusu innovasiya və dünyada dayanıqlıqdır. Qlobal biznes fəaliyyətinin aktivliyinin zəiflədiyi bir dövrdə “SOCAR Trading” iqtisadi qeyri-müəyyənlik şəraitində çalışaraq öz biznesini bütün maliyyə və əməliyyat aspektləri üzrə uğurlu idarəetməyə nail olub.

“SOCAR Trading” son iki ildə rəqəmsal həllər həyata keçirib. Xüsusən də bu, risklər və uyğunlaşma sayəsində həyata keçirilib. “SOCAR Trading” inamlı və çevik şəkildə yeni perspektivli bazarlara doğru genişlənir”, - F.Şevrier bildirib.(report)

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »