Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Soyqırım şahidi: Şəhid qardaşlarımın qanı tökülmüş Xocalı torpaqlarını yalayacam
Mürvət Məmmədov - Xocalı sakini

Xocalı sakini Məmmədov Mürvət Məmməd oğlunun alnına uşaqkən qocalmaq, bir ömür vətən həsrəti, şəhid ata, qardaş acısı yaşamaq yazılıb. Asan olmayıb. Nələr sığmayıb bu ömrə. Öz dediyi kimi, nə uşaqlıq görüb, nə gənclik. Xocalı faciəsinin şahidlərindəndir. Onlar əslində bir böyük ailə olaraq Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdılar. Ermənilərin vəhşi siyasəti onları qaçıb Xocalıya sığınmağa vadar etmişdi. Xocalı soyqırımı zamanı Mürvətin 14 yaşı var imiş. Xocalıya gələnə qədər bir qardaşı Göyçədə şəhid olmuşdu.

Həyatının ən acı günləri, xatirələri barədə Bizimyol.info-ya danışan Mürvəti qəhərsiz dinləmək olmur. Sanki inanılması zor olan bir filmi izləyirsən o danışarkən.

"Ailəmiz Xocalıya sığınsa da , atam, böyük qardaşlarım könüllü batalyonlarına qoşulub döyüşür, Xocalıda postlarda keşik çəkirdilər.Fevralın 25-dən 26-na keçən o məşum gecə üçü də evə gəldilər ki, ailəmizi yığsınlar ki, kənd camaatı kimi meşələrə qaçaq. Lakin qaça bilmədik".deyib kövrəlir.

Ailənin yaşadığı evə ermənilər hücum edib. Evə əl qumbarası atarkən anaları Nurxanım Məmmədova və azyaşlı uşaqları , o cümlədən Mürvət ayağından yaralanıb. Ermənilər onları evə doldurub yandırmaq qərarı verəndə ölümdən son anda bir rus zabiti xilasedib onları.526-cı motoalayı zabiti deyib ki, heç faşistlər də belə vəhşilik etməyib. Daha sonra həmin rus zabit evdəki bütün qiymətli əşyaları onlardan alıb gedib. Həmin gecə Mürvətin atası, qardaları Möhlət və Söhbət ermənilər tərəfindən əsir alınıb.Balaca qardaşı 11 yaşlı Əhmədin əlinin içinə atəş açıblar ki, sənə ad günü hədiyyəsi veririk. Əhməd bu hədiyyəni ömür boyu ilk gün kimi ağrı ilə xatırlayacaq. Ailə bir həftə ata və böyük qardaşlarından ayrıca əsir həyatı yaşayıb.

Xocalı - aile faciəsi

" Bir həftə sonra Əsgəran erməniləri bizi saxlandığımız tövlədən döyə-döyə çıxarıb sıraya düzdü. Təhqir edirdilər, daş atır, üzümüzə tüpürürdülər.Bizi Ağdama gətirdilər, rəhmətlik döyüşçü Allahverdi Bağırov ermənilər tərəfindən döyüşüb öldürülmüş bir zənci meyitinə 80 azərbaycanlını dəyişdi. Onların arasında 5 nəfər bizim ailə üzvümüz də var idi. Atamla iki qardaşımı isə 15 il axtardıq. Çox sonra məlum oldu ki, atam və qardaşlarımı erməni məzarlarının üstündə qurban kimi başlarını kəsiblər.Sonra o biri azərbaycanlılara deyiblər atın xəndəyə, üstünü basdırın.

Mən Xocalıya dönsəm atamın qardaşlarımın qanı tökülmüş o torpaqları yalayacam. Evimizdə bir-birimizə qorxu içində necə sarılmışdıq, onu unuda bilmirəm.O evi görmək istəyirəm. Biz nə körpə olduq, nə gənc. Bir acıya dərman olaraq başqa dərdimiz dərman verildi. illər keçdikcə bu acı məni daha çox incidir.Allahdan ən böyük arzumdur, qisas qiyamətə qalmasın. Qarabağda şəhid olanların hamsı mənim atam qardaşımdır.Mən həmişə Mehriban Əliyevanın, Leyla Əliyevanın Xocalıya ədalət kampaniyalarına görə minnətdarlıq hiss etmişəm. Ali Baş Komandanımız İlham Əliyevə o qədər minnətdaram ki, bizim arzumuzu gözümüzdə qoymadı, Qarabağın azad edilməsi günlərini də yaşatdı bizə. Mən öz maşınımı satıb orduya vermişəm. Arzu edirəm yerimizə yurdumuza qayıdaq, o torpaqları tikək, quraq.Biz illərdir Qobustanda yaşayırıq.Qobustan camaatına həddən artıq minnətdaram. Arzum odur yerdimiz yurdumuz alınsın bizə dövlətin verdiyi bu evləri Qobustandan olan ehtiyacı olan əsgər ailələrinə verilsin. Ellərimizin obalarımızın dostluğu qardaşlığı davam etsin".

Az qalıb, Mürvət qardaş. Nəhayət Xocalı şəhidlərinin nigaran ruhları dinclik tapacaq, doğmalarına qovuşacaq. Şəhid qanıyla sulanmış o mübarək torpaqların daşına, torpağına üz sürtməyimizə az qalıb.Qarabağ Azərbaytcandır və bu gün bütün azərbaycanlılar qarabağlıdır.

İlhamə Rəsulova

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »