Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda koronavirusa yoluxmaların sayının artmasına səbəblər - Həkimdən açıqlama
koronavirus

“Koronavirusa qarşı mübarizədə müayinə və müalicə Ümümdünya Səhiyyə Təşkilatının protokolları əsasında aparılır. Son zamanlarda bu protokollarda müəyyən dəyişikliklər edilib. Ümumi müalicə prinsipi olduğu kimi qalıb. Amma spesfik müalicə yoxdur. Müalicələr fərdi şəkildə təyin olunaraq aparılır. Yəni mətbuatda dərc olunacaq və hamını istifadə edə biləcəyi resept yoxdur”.

Bunu Bizimyol.info-ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

Adil Qeybulla Adil Qeybulla

Həkim bildirib ki, spesfik profilatika da yoxdur: “Sadəcə, yaxşı qidalanmaq, vitaminlər qəbul etmək, Vitamin C normal səviyyədə saxlamaq, açıq havada gəzmək və idmanla məşğul olmaq lazımdır. Bunlar spesfik olmasa, ümumi profilatikadır”.

Həkim bildirib ki, son günlərdə Azərbaycanda koronavirusa yoluxmaların sayının artmasına səbəb Vətən müharibəsi zamanı virusun arxa plana keçməsidir: “Rayonlara gediş-gəliş asanlaşdır. Tibbi masakadan istifadə və sosial məsafə gözləmək kimi qaydalara əməl etmək yaddan çıxdı. Metro bağlandı, müntəzəm marşrut üzrə hərəkət edən avtobuslara çox yük düşdü. Təmasları artıran məsələlərdən biri də tədris ilinin başlaması oldu. Bu hallar yoluxmanın artmasına səbəb oldu”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »