Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İzmirdə baş verən zəlzələnin ölkəmizə təsiri ola bilərmi? - Açıqlama
İzmirdə zəlzələ
Bir neçə gün öncə İzmirdə baş verən zəlzələ  ilə qardaş Türkiyə böyük hüznə büründü.

6,6 bal gücündə zəlzələnin təsiri nəticəsində yaşayış binalarının uçması çoxlu sayda insan ölümünə səbəb oldu. İzmirdə zəlzələnin afteşokları, kiçik yeraltı təkanlar davam etməkdəykən, dünən gecə Azərbaycanın İmişli rayonunda  4,2 bal gücündə zəlzələ baş verib.  Saatlı və Sabirabad rayonunda isə təkanlar  3-4 bal gücündə hiss olunub. İzmir hadisələrindən sonra ölkəmizdə zəlzələnin baş verməsi insanlarda qorxu və narahatlıq doğurub.

İzmirdə baş verən zəlzələnin ölkəmizdəki zəlzələ ocaqlarına təsiri ola bilərmi? Məsələ ilə bağlı

Bizimyol.info-ya açıqlama verən Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli bildirib ki, İzmirdə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri ola bilməz.

“İzmirdəki zəlzələ həm məsafə, həm geoloji quruluş, regionun müxtəlifliyi hesabı ilə Azərbaycandakı zəlzələ ocaqlarına təsir edib, oyada bilməz. İlin əvvəlindən Azərbaycanda 4000-dən çox zəlzələ baş verib.  Onlardan 18-i 3-4 bal gücündə hiss edilən zəlzələ olub. Bu normal hesab edilir. Bu zəlzələlər dağıdıcı gücə malik deyil və böyük əraziləri əhatə etmir. Bunlar insanlarda vahimə yaradası zəlzələlər deyil.

İzmirdə dağılan binalar düzgün tikilsəydi, hər bir bina üçün tədqiqat aparılsaydı, bu faciə yaşanmazdı. İzmir dağın ətəyindən Egey dənizinə kimi ərazini əhatə edir. Tektonik quruluş cəhətdən də çox böyük mürəkkəblik var”.

Qurban Yetirmişli ölkəmizdə tikilən binaların zəlzələyə davamlı olduğunu bildirib.

“Bizim tikililərdə ayrıca hər bir bina üçün tədqiqatlar aparılıb.  Tikililərin zəlzələyə və təbii fəlakjətlərə  dayanıqlılığına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzarət edir.  O qədər binalar var ki,  nazirlik onları  qəbul etmir. Çünki, həmin binalar tələblərə və standartlara uyğun olmayıb.FHN tərəfindən bu məsələyə ciddi yanaşılır”,-deyə qeyd edib.

Qısa desək , Qurban Yetirmişli ölkəmizdə yaxın zamanlarda güclü  zəlzələ təhlükəsinin olmadığını bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda qadın başına dəmir düşməsi nəticəsində ölüb
Son xəbərlər
Bütün xəbərlər »