Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğal edilmiş ərazilərdə tarixi abidələrə dəyən ziyan araşdırılacaq
Azıx mağarası

“İşğal altında olan dağıdılmış tarix və mədəniyyət abidələrinə dəymiş ziyanın qiymətləndirilməsilə bağlı biz təşkilat olaraq Mədəniyyət Nazirliyinə müraciət etmişik”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib.

Faiq İsmayılov Faiq İsmayılov

F.İsmayılov qeyd edib ki, uzun müddət işğal altında olan və erməni vandalizminə uğramış tarixi abidələr dağıdılıb və ya forması dəyişdirilib-erməniləşdirib: “Vurğulayım ki “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasına əsasən işğal edilən ərazilərdə tarixi abidələri məhv etmək, uçutmaq və formasını dəyişmək qadağan edilir. Ermənistan isə işğal edilmiş ərazilərdə tarixi abidələrin bəzilərini məhv edib, Qafqaz Alban kilsəsi kimi abidələrin isə formasını dəyişdirib”.

Ekspert qeyd edib ki, müstəqillik dövründə işğal edilmiş ərazilərdən tarixi abidələrin qeydiyyatı aparılmayıb: “SSRİ dağılandan və Azərbaycan müstəqil dövlət olandan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladı. Biz işğal edilmiş ərazilərdə tarixi abidələri qeydiyyatını apara bilmədik. Biz təşkilat olaraq işğal edilmiş ərazilərdə tarixi abidələrlə bağlı araşdırma apardıq. Biz təşkilat olaraq 2645 tarix və mədəniyyət abidəsini qeydiyyata almışıq. Bunlardan 1884 memarlıq abidəsi, 790 arxeloji abidə və başqa abidələrdir.

Azərbaycan Respublikasının Baş prokurorluğunda Azərbaycanın uzun müddət işğal altında olan bölgədəki 700 tarixi bina və abidələrin əksəriyyətinin dağıldılması faktı ilə bağlı cinayət işi açılıb.Baş Prokurorluğun istinad elədiyi abidələrin sayı isə faktiki olaraq dövlət qeydiyyatında olan abidələrin sayıdır. Yəni Mədəniyyət Nazirliyində olan siyahıya istinad edilib. Amma hələ dövlət qeydiyyatına salınmayan tarixi abidələr var. Faktiki olaraq bizim 2 mindən çox mədəni irsimiz bu və ya digər dərəcədə zədələnib, dəyişdirilib və ya məhv edilib”.

Ramid İbrahimov

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »