Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sədərək"də bayrağımıza hörmətsizlik - Foto
Azerbaycan Bayra

Vətən müharibəsi başlayandan ölkəmizdə bayrağımıza münasibət fərqli bir ölçüyə keçdi.

Hər kəs bayrağa sarıldı, kəndlərdə, şəhərlərdə bütün evləri, məhəllələri bayraqlar bəzədi. Sadə xalq dövlətə, millətə sevgisini, sədaqətini bununla nümayiş etdirir. Təbii ki, mühüm strateji obyektlərin, quruların binaları üzərində də bayrağımız ucaldılır.

Amma bayraq özüylə bərabər məsuliyyət də gətirir. Onu yerlərə düşməyə qoymaq olmaz, cırılmamalıdır, təmiz, səliqəli görünməlidir. Amma nədənsə Sədərək Ticarət Mərkəzində bayrağımıza münasibət laqeyddir.

Bizimyol.info-nun daimi izləyicisi Tural Qocanın redaksiyamıza göndərdiyi fotoda bayrağımızın zədəli vəziyyətdə dalğalandığını görürük. Ümid edirik, əlaqədar şəxslər tezliklə zədəli bayrağı yenisi və daha böyüyü ilə əvəz edəcək. Bu gün bayrağımıza qarşı olan hər hansı bir laqeydlik, səhlənkarlıq onu sevən hər bir vətəndaşın xətrinə dəyir. Bunu unutmaq olmaz.

Qəlbimizdə bir daha yüksələn bu bayraq eşqini olduğu kimi qoruyub saxlamaq vacibdən də vacibdir.

"Sədərək ticarət mərkəzinin girişində, çox üzücü bir mənzərə ilə rastlaşdım. Azərbaycan Respublikasının dövlət rəmzi olan üç rəngli bayrağımız, bir neçə gündür Sədərək ticarət mərkəzinin girişində yırtılmış vəziyyətdə dalğalanır. Bununla bağlı ticarət mərkəzinin girişində xidmət aparan mühafizə işçilərinə iradımı bildirsəm də, nəticə dəyişməyib.Bayrağımızın yüksəklərdə, qürurlu dalğalanması üçün Azərbaycanın qeyrətli, qəhrəman oğulları canından qanından kecir, amma təkcə avtomobillərin giriş çıxışından hər ay milyonlarla vəsait qazanan Sədərək ticarət mərkəzinin rəhbərliyi 10-15 manatından keçib ticarət mərkəzinin girişinə normal vəziyyətdə bayraq alıb asmaq istəmir. Bayarağa hörmətsizlik dövlətə, xalqa, şəhidlərə hörmətsizlikdir. Və bunu edənlər dövlətin, bayrağın yaranması üçün Azərbaycan xalqının hansı əzab əziyyətlərə qatlandığını bilmək istəyirlərsə, Azərbaycan Respublikasının dovlət himninin sözlərini oxumaq kifayət edir. Məncə artıq sözə ehtiyac yoxdur",- deyə Tural Qoca bildirb.

Sədərək Ticarət Mərkəzi

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »