Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər məsləhət görür - Qrip peyvəndi vurdurun
Peyvənd - Həkim iynə
Payız-qış mövsümünün gəlməsi ilə əlaqədar havaların soyuması və immunitetin zəifləməsi prosesi gedir.

Koronavirusun tüğyan etdiyi zamanda qripdən qorunmaq üçün qida rasionuna diqqət etmək, açıq havada tez-tez olmaq, qapalı məkanları gün ərzində bir neçə dəfə havalandırmaq kimi adi qaydalara riayət etmək lazımdır. Bununla yanaşı fiziki məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayətetmək vacibdir.

Artıq Azərbaycanda qrip virusuna qarşı peyvəndin tətbiqinə başlanılıb. Lakin insanların peyvəndlərə qarşı fikri heç də birmənalı deyil. Kimisi peyvənddən qorxur, kimisi faydalı olacağına inanmır, kimisi isə peyvəndin vacib olduğunu vurğulayır.

Tibb professoru Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirib ki, bu peyvəndlər immun sistemini gücləndirmək  və soyuqdəymə xəstəliklərinə qarşı davamlı olmaq üçündür.

“Hər il payız aylarında soyuqdəymə xəstəlikləri artır. Koronavirus dövründə bunun çəkisinin artmaması üçün risk qrupuna aid olan xəstələrə peyvəndin vurulması tövsiyə olunur. Bu, immun sistemini gücləndirmək və soyuqdəymə xəstəliklərinə qarşı davamlı olmaq üçündür.  Çünki, bu respirator xəstəliklərlə,“COVİD-19”-un oxşar əlamətləri var.  Halsızlıq, qızdırma, öskürək, əzələ ağrıları bunları ayırd etmək çətin olur. Həm də, bu iki xəstəliyin paralel getməsi daha ağır ola bilər. Bu baxımdan yaşlılara, xroniki və digər yanaşı xəstəliyi olan insanlara peyvəndin vurulması tövsiyyə olunur”.

Hazırda Ərəbistanda çalışan həmyerlimiz, həkim Azər Mustafayev də peyvəndin vurulmasını məqsədəuyğun hesab edir.

“Hər bir vaksin özünəməxsusdur. Yəni qrip üçün vurulan peyvənd yalnız qripə qarşı qoruyur koronavirusa, qızılcaya və s. qarşı qorumur. İndi qripin çox yayıldığı fəsildir. İnsanlar iki infeksiyanı birlikdə daha ağır keçə bilər. Bu peyvəndlərin vurulması məsləhətdir, ən azından qrip virusuna qarşı bədənimizdə müqavimət olsun. 

Hər bir qrip peyvəndi adətən üç cür mutasiya edən virusa qarşı istidafə edilir. Adətən bunlar A seriasından olan 2 virus və B seriasından olan 1 virusdur.  A seriasından olan viruslar H3N2 və H1N1 hansı ki daha ağır keçir və B seriasından olan 1 virusun kompanentinə qarşı olur. Hər il bu peyvəndlər qrip virusuna qarşı vurulmalıdır. Hər il vurulmasının səbəblərindən biri odur ki, qrip virusu mutasiya edir. 

Uşaqlar və hamilələrə inaktivləşdirilmiş yəni tam aktivliyi ölmüş virus vurulur. 2 yaşdan yuxarı isə zəiflədilmiş viruslar məsləhət görülür. Xüsusi ilə də 6 yaşdan yuxarı hər kəsə vurulması tövsiyə edilir”,- deyə bildirib.

Qeyd edək ki, AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlovanın açıqlamasına görə, mövsümi qrip əleyhinə peyvənd edilmə dövlət tibb müəssisələrində tamamilə pulsuz aparılır.

Leyla Mirzə

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Monitorinqin nəticələri: Müharibə dövründə ən yaxşı işləyən qurum "Azərişıq" idi
Son xəbərlər
Bütün xəbərlər »