Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Portuqaliyalı hakimin “Qarabağ”ın oyununa gəlməməsinin səbəbi açıqlanıb
Futbol

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Sivasspor” – “Qarabağ” matçının hakimlərinin dəyişdirilmə səbəbi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Portuqaliyadan olan hakimlər briqadasının isveçrəlilərlə əvəzlənməsi şəxsi problemlərdən qaynaqlanıb.

UEFA tərəfindən təyin edilən Joao Pineyro ailəvi problemləri əsas gətirərək, təyinatının dəyişdirilməsini xahiş edib. Məhz bu səbəbdən qitə futbol qurumu həm onu, həm də köməkçiləri Tyaqo Joze Pereyra Kosta ilə Pedro Ribeyronu Türkiyəyə göndərməmək qərarına gəlib.

Bu gün “Yeni 4 Eylül” stadionunda keçiriləcək görüşdə ədaləti isveçrəli Sandro Şarer qoruyacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay yardım edəcəklər. UEFA yalnız 4-cü hakim olan portuqaliyalı Yanku Yoan Vasilisi dəyişməyib.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »