Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp açar ştatlarda liderliyi itirməsini “çox qəribə” adlandırdı
Donald Tramp

ABŞ Prezidenti Donald Tramp seçkilərdə son saatlarda bəzi ştatlarda “Demokratlar”ın mövqelərinin qəfil möhkəmlənməsini “qəribə” adlandırıb.

Virtualaz.org bildirir ki, bu barədə Donald Tramp “Twitter” hesabında yazıb.

“Dünən gecə bir çox açar ştatlarda mən liderlik edirdim. Demək olar ki, bütün hallarda bunlar demokratların idarə etdikləri ştatlardır. Sonra hər şey sehirli şəkildə dəyişməyə başladı, gözlənilmədən sayılmamış bülletenlərin yığınları müəyyən edildi”, - deyə D.Tramp bildirib.

ABŞ lideri baş verənləri böyük hərflərlə “çox qəribə” adlandırıb.

Donald Trampın seçki qərargahı isə məhkəməyə müraciət edərək Pensilvaniya ştatında “bülletenlərin demokratlar tərəfindən gizlədilməsinin qarşısını almağı” tələb edib.

Qərargah rəhbərinin müavini Castin Klark öz açıqlamasında deyib: “Biz seçki işçilərinin – Demokratların seçki məntəqələrində bülletenlərin sayılması və işlənilməsini respublikaçı müşahidəçilərimizdən gizlətməsinin qarşısını almaq üçün məhkəməyə müraciət edirik”.

“Filadelfiyada və digər yerlərdə müşahidəçilərimizi hər dəfə səslərin sayılması prosesindən 25 fut (7,5 metrdən çox) kənarda dayanmağa məcbur ediblər. Eyni zamanda, məntiqli şəffaflıq yaranana qədər və respublikaçılar bütün sayma prosesinin açıq və qanuni olduğundan əmin olana qədər səslərin sayılmasının müvəqqəti dayandırılması üçün məhkəməyə müraciət edirik”, - deyə açıqlamada qeyd olunub.

Bundan əvvəl oxşar məhkəmə şikayətləri Miçiqan və Viskonsində də edilib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
Son xəbərlər
Bütün xəbərlər »