Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bayraktar”ın böyük həcmli yeni dronu uğurla sınaqdan keçirildi - Video
“Bayraktar”ın böyük həcmli yeni dronu uğurla sınaqdan keçirildi - Video

Dünyanın böyük media orqanları yazır ki, Qarabağ müharibəsinin taleyini həm də “Bayraktar” həll edir.

Türkiyənin pilotsuz uçuş aparatları Azərbaycan ordusunun zəfər yürüşünə xüsusi rəng qatır.

Bizimyol.info xəbər verir ki, “Bayraktar”ın daha bir sınağı uğurla başa çatıb. “AKINCI TİHA” etimadı tam doğruldub. Böyük ölçülü pilotsuz uçuş aparatı 6 min metr yüksəklikdə süzüb. Dronun avtomatik enməsi və qalxması yoxlanılıb. Hər şey uğurla keçib.

Çorlu Hava Meydan Komandanlığında baş tutan prosesə Selçuk Bayraktar şəxsən özü nəzarət edib. Türkiyə mətbuatı onun məmnun göründüyünü yazır.

Son xəbərlər
Bütün xəbərlər »