Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın uşaq telekanalı İslama toxunan qalmaqallı görüntülər verib - Foto
Avropanın uşaq telekanalı İslama toxunan qalmaqallı görüntülər verib - Foto

Avropada İslama münasibət, adətən, birmənalı olmayıb.

Qərbdə əsasən müsəlmanların terrorçu ola biləcəyi fikri formalaşıb. Buna görə də Avropada “İslam terrorizmi” ifadəsi daha çox səslənir. Bir neçə gün əvvəl belə fikri Fransa prezidenti Emmanuel Makron da dilə gətirmişdi.

Bizimyol.info xəbər verir ki, Almaniyanın “KIKA TV” uşaq telekanalında İslama toxunan qalmaqallı görüntülər verilib. Verilişlərin birində “İslam” ifadəsinin altında iki qəzəbli insan təsvir olunub, yanda isə silahlı şəxs əks edilib. Başqa bir görüntüdə isə ifadənin aşağısında avtomat qoyulub.

Avropanın uşaq telekanalı İslama toxunan qalmaqallı görüntülər verib - Foto

Görüntülər qalmaqala səbəb olub. Almaniya müsəlmanları məsələyə ciddi etirazını bildirib.

Makronun İslam terrorizmindən danışması bir sıra müsəlman ölkələrini qəzəbləndirmişdi. Ən sərt açıqlamalardan birini Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »