Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan silahlı qiyamın astanasında - Xaos davam edir
Nikol Paşinyan

Ermənistanda və seperatçı rejim daxilində xaos davam edir.

“Qafqazinfo” xəbər verir ki, artıq işğalçı ölkədə Dağlıq Qarabağ münaqişəsiylə bağlı bir-birinə zidd fikirlər söylənilir. Belə ki, hakimiyyət qüvvələri arasında vahid mövqe yoxdur. Baş nazir Nikol Paşinyan vəziyyətə nəzarəti itirib. Ermənistan prezidenti Armen Sarkisyan Moskva ilə Ankara arasında birgə əməkdaşlığın Qarabağ nizamlamasına kömək edə biləcəyini vurğulayıb.

Ancaq Paşinyan müharibə başladığı gündən etibarən Türkiyəni günahlandıraraq onu nizamlanma prosesinə mane olmaqda ittiham edir. Qeyd edək ki, bir-birinə zidd fikirlər tək İrəvanda yox, Ermənistan və Qarabağ separatçıları arasında baş verir. Məlumdur ki, Vətən müharibəsi başladığı gündən Azərbaycanın Şanlı Ordusu bir-birinin ardınca cəbhədə müvəffəqiyyət qazanır. Ermənistan tərəfi isə bu uğurları öz cəmiyyətindən gizlətməyə çalışır. Ordumuzun kifayət qədər irəlilədiyini etiraf etmir. Bunun əksinə isə, separatçılar Azərbaycan ordusunun kifayət qədər irəlilədiyini etiraf edir. Seperatçı quldur rejimin “müdafiə nazirliyi” bir neçə dəfə açıqlamalarında qoşunların geri çəkildiyini bildirib. Bunu erməni qoşunlarının artıq itkilərdən qaçmaq üçün guya “taktiki” olaraq etdiklərini vurğulayırlar.

Həmçinin bu günlərdə Dağlıq Qarabağdan Ermənistana silah daşınması haqqında məlumatlar yayılıb. Belə ki, Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar. UAZ markalı avtomobildən bir ədəd “Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub. Başqa bir məlumata görə, Vaysk Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan qayıdan avtomobildə aparılan yoxlama zamanı “Kalaşnikov” avtomatı, süngü-bıçaq, avtomat silahın 15 ədəd darağı, 700-dən artıq patron, tüfəng və başqa silah-sursat aşkarlanıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qarabağdan Ermənistana qayıdan avtomobillərdə bir qayda olaraq silah-sursat aşkar edilir. Bu da əvvəldən təxmin edildiyi kimi, Ermənistanda silahlı qiyam təhlükəsinin baş verəcəyinin göstəricisidir. Bundan əlavə, işğalçı Ermənistanda insanların kütləvi sürətdə döyüşlərə qatılmaqdan imtina etməsi fonunda daha bir acınacaqlı fakt ortaya çıxıb.

Belə ki, Ermənistanda ataları Qarabağ döyüşlərinə könüllü yazılmayan yeni doğulmuş körpələrə doğum şəhadətnamələri verilmir. Bu haqda erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb. Vəkil Ermənistan rəhbərliyini erməni körpələrini və analarını girov saxlamaqda və insanları müharibəyə göndərmək üçün şantaj üsulundan istifadə etməkdə ittiham edib. “Uşağı dünyaya gələn gün bir insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnaməni yalnız döyüşlərə könüllü qatılmaq və bu barədə bir sənəd gətirmək şərti ilə verəcəyik? Bu adamın arvadını və uşağını əsir saxlamısınız, yoxsa onunla danışıqlar masasına oturmağa qərar vermisiniz? Sizin beyniniz varmı? Yoxsa onun yerinə hava döşəyi yerləşdirilib?”,- deyə vəkil R.Ayrapetyan qeyd edir. Ermənistan tərəfi artıq 3-4 gündür döyüşdə verdiyi itkilərin sayını açıqlamaqdan imtina edir. Ermənistan hökuməti bu sayı gizlətsə də, itkilərin 5 mindən çox olduğu artıq heç kimə sirr deyil.

Paşinyan əsl itkiləri açıqlamaqdan imtina edir, çünki xalqın qəzəbindən qorxur. Qondarma rejimin rəhbəri Araik Arutyunyanın taleyi barədə isə məlumat yoxdur. Qondarma rejimin "müdafiə naziri" Cəlal Arutyunyan, onun "müavini", polkovnik Artur Sarkisyan Silahlı Qüvvələrimiz tərəfindən məhv edilib. Səfərbərlikdən yayınan, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindən müharibə qorxusu ilə qaçan məmurlar isə vəzifələrindən azad olunublar. 9 “məmur” artıq vəzifəsindən çıxarılıb. Onlar “casusluq və cəbhədən qaçma”ya görə işdən çıxarılıb və barələrində cinayət işi açılıb. Bu qərarı qondarma rejimin rəhbəri A. Arutyunyan verib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »