Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Barselona" müflis ola bilər
Futbol

İspaniyanın "Barselona" klubu maliyyə böhranı ilə üzləşib.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, futbolçular maaşlarının azaldılması təklifi ilə razılaşmayacağı təqdirdə, Kataloniya təmsilçisi müflis ola bilər.

Koronavirus pandemiyasınadək illik gəliri 940 milyon funt-sterlinq olan La Liqa klubunda hazırda bu rəqəm 746 milyon funt-sterlinqdir. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik məvacib məsələsində oyunçularla ortaq məxrəcə gəlməyə çalışır.

Dünyada ən çox işçisi olan "Barselona" futbolçularından ümumilikdə 171 milyon avroluq endirim gözləyir.

Qeyd edək ki, hələlik yalnız Jerar Pike, Mark-Andre ter Ştegen, Frenki De Yonq və Kleman Lanqle maaşlarının azaldılmasına razılıq verib.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »