Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Separatçıların rəhbərləri Xankəndidən qaçdı, Ermənistan Laçın dəhlizini bağladı
Laçın dəhlizi

Ermənilər Dağlıq Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizinin bağlanması barədə qərar verib.

Bu barədə erməni mətbuatı məlumat verir. Məlumatı isə Qarabağdakı işğal idarəsi tərəfindən yayıblar.

Görünür ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti xaricində olan və 1992-ci ildə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Laçın bölgəsinin bir hissəsi - Laçın dəhlizi erməni əhalisinin Qarabağdan Ermənistana kütləvi şəkildə köçmələri səbəbindən bağlanıb.

Bir gün əvvəl separatçıların lideri Araik Arutyunyan məmurların Qarabağdan Ermənistana kütləvi şəkildə köçməsini elan edib.

İkinci müharibənin başlanğıcından Ermənistan Qarabağda işğal altındakı Kəlbəcər bölgəsindən keçən ikinci yolu bağlamışdı. (virtualaz.org)

Qeyd edək ki, Laçın dəhlizinin bağlanması qərarından az əvvəl Dağlıq Qarabağdakı qondarma rejimin "prezident administirasiyasının" Yerevana köçdüyü barədə xəbər yayılıb. “Novosti Armeniya” saytının məlumatına görə, bu  barədə açıqlamanı separatçıların başçısı Arayik Arutunyan verib. Bildirilib ki, onlar “fəaliyyətini” Ermənistan Respublikasında “davam etdirəcək”.

Dünən yayılan xəbərdə bildirilmişdi ki, Arayik Arutunyan Qarabağdan qaçan "vəzifəli" şəxslər barədə cinayət işinin başlanması barədə qərar verib. Cəmi bir gün sonra özünün də qaçması barədə açıqlama verib.

Həmçinin A.Arutunyanın sağ olması barədə də ciddi sübut yoxdur. Bir neçə gün əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Azərbaycan Ordusunun məhv etdiyi hərbi konvoyda A.Arutunyan da olub. Sonradan yayılan video və fotoların köhnə tarixə aid olduğu üzə çıxıb.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »