Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənilər tarixlə oyalanmağa başlasalar, gərək bu ərazidə yaşamasınlar”
Fazil Mustafa

“Hərbi məğlubiyyətlərlə şərtlənən acınacaqlı durumda Ermənistanın hərbi-siyasi rəhbərliyi

xarici mediaya verdiyi müsahibələrdə, dövlətlərə etdiyi müraciətlərdə Azərbaycana və onun haqq savaşına dəstək olan dövlətlərə qarşı ittihamlar irəli sürür. Məsələn, ciddi cəhdlə Türkiyənin münaqişədə tərəf kimi iştirak etdiyini, onun vasitəsilə Yaxın Şərqdən yaraqlıların hərbi əməliyyatlara cəlb olunduğu iddiasını beynəlxlaq ictimai rəyə aşılamağa çalışır. Guya Türkiyəyə məxsus hərbi təyyarələr hərbi əməliyyatlarda iştirak edir. Bu günlərdə isə Ermənistan prezidenti Armen Sarkisyan RBK kanalına müsahibəsində bildirir ki, Dağlıq Qarabağ Azərbaycana 1920-ci ildə “verilib”, halbuki, Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanda qalması haqda qərar qəbul edib və bu da 1921-ci ildə olub”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat qeyd edib ki, müharibənin gedişi zamanı Ermənistan prezidenti də ağlını itirib: “Dünya artıq SSRİ-nin dağılmasının 30 illiyini qeyd edir. Dağılan SSRİ-yə dövlətlər hansı ərazilərlə daxil olublarsa, dövlətlərə həmin ərazilər üzrə beynəlxalq hüququn prinsipləri tətbiq olunur.

İrəvan ermənilərə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə verilib. Ermənilər tarixlə oyalanmağa başlasalar, gərək bu ərazidə yaşamasınlar. Onlar kütləvi olaraq başqa ölkələrdən, xüsusilə İrandan bu ərazilərə köçürülüblər. Onların əksəriyyəti 1948-1950-ci illərdə boşaldılmış 100 min azərbaycanlının evlərinə yerləşdiriliblər. Tarixə əsasən gərək onlar İrəvandan qovulsunlar. Üstəlik də, 1980-1990-cı illərdə ermənilər 250 minə yaxın azərbaycanlının evini zəbt ediblər, azərbaycanlılar təzyiqlərə məruz qalaraq evlərini tərk ediblər.

Beynəlxalq hüquqa görə biz Ermənistanı dövlət kimi tanıyırıq, amma tarixi hüquqa görə biz Ermənistanı tanımırıq. Çünki bizim ərazimizi zəbt edərək dövlət yaradıblar. Müharibənin gedişi erməni siyasi xadimlərinin mənasız çıxışları üçün müəyyən şərait yaradıbdır. Və bu da həmin mahiyyətdə olan açıqlamalardan biridir”.

Ramid İbrahimov

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »