Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vergi güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi proseduru müəyyənləşib
Nazirlər  Kabineti

Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olub. Qeyd olunan dövrdə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.

Bu, Nazirlər Kabinetinin “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarına verilən izahda bildirilib.

İzahda qeyd edilib ki, “Vergi və gömrük sahəsində güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar layihəsi AR Prezidentinin 2019-cu il 16 dekabr tarixli 877 nömrəli Fərmanı ilə verilmiş tapşırığın icrası olaraq, beynəlxalq təcrübə, Asiya İnkişaf Bankının texniki dəstəyi ilə cəlb edilmiş ekspertlərin tövsiyyələri nəzərə alınmaqla hazırlanıb.

Bu Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq, “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə məlumatların toplanması, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili, qiymətləndirmənin nəticələri əsasında növbəti illər üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələrək nortmativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulub.

Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin Sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşmaqdadır. Nəticədə “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəsissələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin Sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcək.

Qanunvericiliyə yeni təklif olunan güzəştlərin səmərəliliyinin qiymətləndirilməsi üzrə nəticələrə dair arayış aşağıdakı müddətlərdə tərtib ediləcək:

Gömrük rüsumlarından, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən azad olunan mallar üzrə təklifin bu Qaydalara əsasən qiymətləndirilməsi aparılan tarixdən sonrakı 1 (bir) ay müddətində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılacaq).

bu Qaydaların 6.2.1-ci yarımbəndində (gömrük rüsumlarından, habelə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə əlavə dəyər vergisindən və aksiz vergisindən

azad olunan mallar üzrə) nəzərdə tutulmayan digər vergi güzəştlərinə münasibətdə növbəti ilin büdcə zərfi çərçivəsində.

Qaydalara əsasən, inteqral səmərəlilik əmsalına əsasən güzəştlərin səmərəliliyi aşağıdakı kimi qiymətləndirilir:

- əmsal 0,3-dən aşağı olduqda - səmərəsiz;

- əmsal 0,3-0,6 aralığında olduqda (0,6 əmsal daxil olmaqla) - səmərəli;

- əmsal 0,6-1,0 aralığında olduqda (1,0 əmsal daxil

olmaqla) - yüksək səmərəli.

Büdcə, iqtisadi və sosial səmərəlilik əmsallarından ikisini müəyyən etmək mümkün olmadıqda, inteqral səmərəlilik əmsalı hesablanmır və güzəştin sosial-iqtisadi mahiyyəti nəzərə alınmaqla qərar qəbul olunacaq.(apa)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »