Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
McDonald`s da öz mövqeyini qoruyur, alıcılar da...
McDonald`s - Bakı

Dünyaca məşhur olan McDonald`s restoranlar şəbəkəsinin Azərbaycan nümayəndəliyi öz hesabında yenidən Azərbaycana dəstəklə bağlı status paylaşdı.

Bizimyol.info xəbər verir ki, bir müddət əvvəl McDonald`s restoranlar şəbəkəsinin Azərbaycan nümayəndəliyi Facebook və İnstaqram hesabında Azərbaycan Ordusuna dəstəklə bağlı status paylaşmışdı.

Lakin çox keçməmiş həmin post "McDonald`s Azərbaycan"ın hesablarından silindi.

Postun silinməsi əlbəttə ki, narazıqlara səbəb oldu. Sosial şəbəkələrdə gənclər baykot kampaniyaları aparmağa və bu restoranlar şəbəkəsindən imtina etmək üçün çağırışlara başladı.

Hətta, bu postun silinməsi erməni lobbisinin təzyiqi ilə əlaqələndirildi.

Bu kampaniyalar başladıqdan bir müddət sonra yenidən "McDonald`s Azərbaycan" öz hesablarında “Biz birlikdə güclüyük!” şüarı ilə Azərbaycan xəritəsini əks etdirən foto paylaşdı.

"McDonald`s Azərbaycan”ın nümayəndəsi açıqlama verərək, bu məsələnin dünya mediasında böyük maraq doğurduğunu bildirib.

“Bu məsələ dünya mediasında böyük maraq doğurub. Beynəlxalq ictimaiyyət tərəfindən bu paylaşımlar Azərbaycan Nümayəndəliyinin deyil, Mərkəzi Ofisin rəsmi mövqeyi kimi qəbul olunmuşdu.

Bu postlar siyasi xarakterli olduğundan və şirkətin daxili qaydaları ilə ziddiyyət təşkil etdiyinə görə silinmişdir.

Görünür ermənilər həmişəki kimi onlara aidiyyətı olmayan məsələni öz uğuru kimi təqdim etməyə çalışıblar. Çox təəsüflənirəm ki, bəzi həmvətənlərimiz bu yalan məlumatlara inandılar.

Bundan başqa, bildirmək istəyirəm ki, "McDonald’s Azərbaycan"ın sosial səhifələrində bu günə kimi dövlət bayrağımızı və Qarabağ daxil olmaqla, xəritəmizi əks etdirən digər şəkillər qalır və hər zaman da qalacaq”,-deyə bildirib.

Qeyd edək ki, şirkətin “Biz birlikdə güclüyük” şüarı belə onu boykot kampaniyalarından xilas etməyib. Azərbaycanın olan torpaqların Azərbaycana aid olduğunu söyləmək bu qədər çətindirsə, "McDonald`s Azərbaycan” bu tənqidlərə layiqdir.

Leyla Mirzə

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »