Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mingəçevirdə avtomobil təmiri sexində yanğın olub
Yanğın

Mingəçevirdə avtomobil təmiri sexində yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 100 m² olan bir dam altında tikilən avtomobil təmiri sexlərindən birinin lambirindən ibarət tavanı 20 m² sahədə, içərisində təmirə dayanan “LADA” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb. Yüksək temperaturdan digər sexin lambirindən ibarət tavanı 8 m² sahədə qarsalanıb.

Avtomobilin qalan hissəsi, bitişik sexlər və yaxınlıqdakı yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »