Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan yeni hərbi cinayətlərə zəmin hazırlayır - Politoloqdan açıqlama
Gəncə - dəfn

Xəbər verildiyi kimi bu gün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş Ağdam rayonunun kəndlərini ağır artilleriyadan atəşə tutur.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərinin qarşısını necə almaq olar?

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, beynəlxalq hüquq görə ölkə hücuma məruz qalırsa, həmin ölkə özünümüdafiə hüququna malikdir.

Fərhad Mehdiyev Fərhad Mehdiyev

“Heç də əhəmiyyətli deyil ki təcavüzkar hücumu hərbi hissələrə, yoxsa mülki əhaliyə yönəldib. Amma mülki əhaliyə qarşı hücum hərbi cinayət təşkil edir.

Azərbaycan hücum zamanı özünümüdafiə hüququndan istifadə edərək hansı tədbirlər görürsə, hərbi cinayətlərə qarşı da eyni tədbiri görə bilər. Yəni bu, Azərbaycanın verəcəyi qərardır.

Ermənistan ordusu betondan istehkamlar qurubdur, toplarını və bəzi hərbi texnikalarını orada gizlədib. Ağdamın kəndi də həmin istehkamlardan bonbalanır.

Həmin yerləri aviasiya vasitəsilə məhv etmək mümkündür”,-deyə F.Mehdiyev bildirib.

Ramid İbrahimov

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
››› “Topçu Vüsal”ın adıyla pul qazananın kimliyi bəlli oldu - Atası rəsmən razılıq verib
Son xəbərlər
Bütün xəbərlər »