Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
 “Qarabağa 40 milyarddan 110 milyarda qədər vəsait ayrıla bilər”
 “Qarabağa 40 milyarddan 110 milyarda qədər vəsait ayrıla bilər”

30 ilə yaxın davam edən yurd-yuva həsrətinə son qoyulmuş vətəndaşlar indi “Artıq biz məcburi köçkün deyilik!” sözlərini qürurla səsləndirirlər.

Ordumuzun şücaəti nəticəsində bu gün yüzlərlə ailə öz yurd-yuvalarına qayıtmaq üçün gün sayır. Təbii ki, bu ailələrin 30 il öncə qoyub çıxdıqları nə evləri qalıb, nə də təsərrüfatları. Azad edilən torpaqlarımızın görüntülərini gördükcə həm sevinc hissi bürüyür bizi həm də kədər. Ürək ağrısı ilə o gözəlliklərin mənfur düşmən tərəfindən necə dağıdıldığını görürük.

30 il öncə həyatları yarımçıq qalan bu insaların yenidən başlaması üçün hansı tədbirlər görüləcək?

İqtisadçı ekspert Rəşad Həsənov məsələ ilə bağlı Bizimyol.info-ya açıqlamasında insanaların öz torpaqlarına qayıtmasının zaman məsələsi olduğunu bildirib.

Rəşad Həsənov Rəşad Həsənov

“Qaçqın və məcburu köçkünlərin ümumi sosial rifahının müdafiəsi məqsədi ilə dövlət büdcəsindən il ərzində 250-300 milyon pul ayrılırdı. Etriraf etməliyik ki, çörək pulları və ya kommunalların əvəzləşdirilməsi bugünkü şərtlər, qiymətlər daxilində çoxda böyük bir yardım deyildi. Düzdür mənzillə təminat prosesi gedirdi. Yeni yaşayış massivləri salınırdı.

Mən elə düşünürəm ki, o insanların öz torpaqlarına qayıtması zaman məsələsidir. İlk olaraq həmin ərazilər hərbsizləşdirilməlidir. İşğalçılar neçə illərdir o ərizləri qeyri-qanuni  hərbiləşdirib. Həmin ərazilərdə çoxlu sayda partlamamış sursat var və həmin ərazilərin minalardan təmizlənməsi lazımdır. Sonra isə mərhələli şəkildə infrastruktur, xəttlər və s. dövlət tərəfində həyata keçiriləcək. Beynəlxalq təşkilatların da həmin ərazilərdə icra edilən layihələri olacaq. BMT-nin əslində böyük qayıdışla bağlı 5 milyardlıq layihəsi uzun müddətdir havadan asılı vəziyyətdə idi.  Böyük ehtimalla o aktivləşəcək”.-deyə bildirib.

Rəşad Həsənov işğaldan azad edilən ərazilərə 40 milyarddan 110 milyarda qədər vəsait sərf oluna biləcəyini açılayıb.

“Həmin ərazilərdə çox ciddi iqtisadi potensial var. Bu potensialın özü əsasında məşğulluq, əmək bazarı formalaşacaq. Bu əmək bazarının tələbinə uyğun olaraq köç prosesi başlayacaq və hər kəs işləyəcək.

Məcburi köçkünlərin böyük əksəriyyəti qeyri-qanuni əmək bazarının iştirakçıları idi. Buna səbəb isə bir çoxunun böyüməsində müharibənin ciddi fəsadları var idi. Təsil ala bilməmişdilər və bu da onların hansısa əmək bazarında yüksək göstəricilərlə çıxış etməsinə imkan vermirdi. Həmin ərazilərdən gələn insanların böyük əksəriyyətinin əmək vərdişləri 10 illərlə məhz təsərrüfat istiqamətində olub.

Eyni zamanda yardımlar olacaq. Çünki həmin insanlar həqiqətəndə çox böyük çətinliklər çəkiblər. Madddi və mənəvi itkiləri çox böyükdür.

Yaxşı olar ki, iki istiqamətli proses aparılsın.  Azərbaycan, beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat iddiaları ilə çıxış etsin. Bunun icrası istiqamətində mümkün resursları sərf edərək uğurlu nəticə əldə etsin və bu məbləği birbaşa yönəltsin qaçqın və məcburi köçkünlərə. İkincisi isə Azərbaycanda yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Mənəvi konpensasiya qanunu qəbul edilə və bu qanun çərçivəsində həmin insanlara müəyyən 1 dəfəlik ödənişlər edilə bilər. Böyük ehtimal həmin ərazilərdə insanların itkiləri də hesablanacaq.

Təbii ki, həmin ərazilərin restavrasiyası, infrastrukturu üçün böyük vəsaitlər lazımdır. Müxtəlif qiymətləndirilmələr var. Həmin ərazilərə 40 milyarddan 110 milyarda qədər vəsaitlər sərf oluna bilər”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »