Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mədət Quliyev Pakistan səfirini qəbul edib
Mədət Quliyev

Müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

Bizimyol.info xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyindən verilən məlumata görə, M. Quliyev Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, onun iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüş zamanı M. Quliyev Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Ermənistan silahlı qüvvələrinin hazırda davam edən təcavüzü ilə bağlı dost ölkənin qəti mövqeyini və hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

M. Quliyev son günlər Pakistanda baş verən terror aktları ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərini, bir sıra kənd və qəsəbələri, yaşayış məntəqələrini ağır artilleriya və raket qurğularından atəşə tutması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlər törədilib. Səfirin diqqətinə çatdırılıb ki, dinc sakinlərə qarşı raket hücumları nəticəsində ümumilikdə 91 nəfər qətlə yetirilib, 405 nəfər yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Bu bir daha sübut edir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu çıxış yolunu mülki əhaliyə qarşı yönəlmiş cinayətlərdə görür.

Nazir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən düşmənə hərb meydanında yetərli cavab verilməsi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələrinin işğaldan azad edilməsi, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılması ilə bağlı səfiri məlumatlandırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Bilal Haye Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirib.

Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »