Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan terror dövlətidir, beynəlxalq hüquqda insanlıq əleyhinə olan cinayətləri törədiblər”
Emin Həsənli

“Ermənistan terror dövlətidir. Döyüş meydanında məğlub olan Ermənistan hərbi-siyasi rəhbərliyi cənhədən çoxnuzaqda yerləşən Gəncə, Tərtər, Bərdə və başqa şəhərlərdə və yaşayış məntəqələrində terror hadisələri törədirlər. Meşələri yandırmaqla ekoloji terror törədirlər. Ermənistan dövləti heç bir beynəlxalq hüquqa əməl etmir, mənəvi dəyərlərə sığmayan hadisələr törədir”.

Bunu Bizimyol.info-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli bildirib.

Hərbi ekspert qeyd edib ki, Ermənistan dövləti beynəlxalq hüquqda təsbit olunmuş ən ağır cinayətləri törətməkdə davam edir: “Ötən əsrdə azərbaycanlılara qarşı dəfələrlə soyqırım aktı törədiblər, azərbaycanlıları öz torpaqlarından qaçqın və məcburi köçkün salıblar. Ermənilər soyqırım, terror, speratizim, qanunsuz silah alveri və başqa ağır cinayətlər törədiblər. Beynəlxalq kvotaya zidd olaraq çox silahlanan Ermənistan mülki əhalini hədəfə almaqda davam edir. Azərbaycan ordusu da terrorçulara gərəkən cavabı verir”.

Ekspert bildirib ki, şanlı Azərbaycan Ordusu qısa müddətdə ermənilərin 27 ilə qurduqları istehkamları məhv edib, 4 şəhər və 200-ə qədər qəsəbə və kəndlər işğaldan azad edib: “İranla dövlət sərhəddi tam bərpa edilib. Ermənistanla da dövlət sərhəddimiz bərpa ediləcək və Qarabağ işğaldan azad ediləcək.

Vurğulamaq istəyirəm ki ermənilərin tarixi, mədəniyyəti, mətbəxi, geyimi, musiqisi yalandır. Ona görə də ermənilərin həyatları yalan üzərində qurulub. Ermənistan hərbi-siyasi rəhbərliyi də xalqını öz yalanları ilə inandırmağa çalışırlar.

Beynəlxalq aləmə özlərini məzlum kimi göstərirlər. Biz hansı düşmənlə üz-üzəyik xalqımız bilir. Beynəlxalq təşkilatlar və bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Erməni xalqı da hakimiyyətin onlara yalan dediyinin artıq fərqindədir. Döyüş meydanından geri çəkilmələrini taktika və manevr adlandırırlar. Bunun adını nə qoyursan qoy, məğlubiyyətdir.

Strateji yüksəkliklərdən, kəndlərdən, şəhərlərdən ermənilər məcburiyyət qarşısında çıxırlar. Döyüş meydanında canlı qüvvəsi və hərbi texnikası məhv edilir. Ermənistanın rəhbərliyi dünya liderlərinə zəng vuraraq yalvarır, kömək istəyir. Hansı ki o dövlətlər Ermənistanı himayə ediblər, onlardan kömək gözləyirdilər. Amma istədikləri olmadı. Çünki Azərbaycanın apardığı xarici siyasət nəticəsində beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər. Ermənilər artıq şokdadırlar. Həm erməni ordusunun, həm də idarəetmə ilə diplomatiyasının bu qədər zəif olduğunu, əksinə Azərbaycan diplomatiyasının və ordusunun güclü olduğunun, Azərbaycan xalqının həmrəy olduğunu görüb şoka düşüblər.

Şokdan ayılanda nə boyda facilə ilə üzləşdiklərini biləcəklər”.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »