Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir həftəyə müharibə Azərbaycanın qələbəsi ilə qurtara bilər - hərbi ekspert Yuri Podolyak
raket - müharibə

Rusiyanın nüfuzlu “Moskovskiy komsomolets” qəzeti tanınmış hərbi ekspert Yuri Podolyakanın öz informasiya resursunda yerləşdirdiyi şərhi dərc edib. Həmin şərhində Y.Podolyaka hazırda Laçın və Şuşa uğrunda şiddətli döyüşlərin getdiyini qeyd edib və müharibənin 1 həftəyə yekunlaşa biləcəyini açıqlayıb.

Podolyaka şərhində müharibənin nədən belə qısa bir zamanda bitəcəyinin bir sıra səbəblərini göstərib. Həmin səbəblərin sırasına hava şəraitinin pisləşməsinə qədər müharibəni bitirməyin vacibliyindən tutmuş Azərbaycan ordusunun yüksək hərbi-texniki təchizatına və qələbə ruhuna malik olması, ermənilərin çoxlu canlı itki verməsi, Azərbaycanın maliyyə imkanlarının çoxluğu, beynəlxalq vəziyyətin Azərbaycan üçün əlverişli olması kimi məqamlar daxildir.

Podolyakanın sözügedən şərhindən bəzi məqamlara nəzər salaq:

"Amillərdən biri Azərbaycan Ordusunun yüksək teniki hazırlığı və qələbə ruhudursa, digər amil hava şəraitidir. Bu ilin payızı çox mülayim keçir. Bu da Azərbaycan Silahlı Qüvvələrinin dağ şəraitində rahat əməlliyyat keçirməsinə əlavə imkanlar açıb. Amma qış qapını kəsib. Ona görə də yaxınlaşan qış Azərbaycanı faktiki olaraq son böyük hücuma başlamağa məcbur edir. Bunun üçün Azərbaycan yaxın bir həftədə müharibəni qələbə ilə başavurma perspektivlərini qarşıya qoyub. Əks təqdirdə, total hücum əməliyyatlarını Azərbaycan bir-neçə ay təxirə salmaq məcburiyyətində qalacaq. Ona görə də noyabrın ilk günlərində Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar, Xocavənd və digər strateji mövqeləri ələ keçirməyə çalışır.

Bu, baş verərsə, onda Dağlıq Qarabağın mərkəzi şəhəri Xankəndinə Azərbaycan üçün bir anda iki yol açılacaq. Eyni zamanda, Dağlıq Qarabağdakı erməni icması üçün Ermənistanla əsas təchizat yolları kəsiləcək. Ona görə də Laçın və Şuşa şəhərləri uğrunda hazırda şiddətli döyüşlər gedir.

Bakının dediyinə görə, ermənilərin Xankəndindən cəmi 10-12 km aralıdakı əsas sursat-təchizat anbarı bu günlərdə dağıdılıb. Mütəxəssislər hesab edir ki, müharibədə azacıq fasilə bu anbarların ermənilər tərəfindən tezliklə sursatla təminatına imkan verə bilər. Bu da müdafiəçilərin (yəni ermənilərin) döyüş səmərəliliyinə dərhal təsir edə bilər".

“Əslində Azərbaycanın bu payız kampaniyasında yalnız bir tam hüquqlu hücum həyata keçirmək imkanı var. Bu imkan qaçırılsa, onda bir qış kampaniyası keçirməli olacaqlar. Aydındır ki, Azərbaycan Ordusu qışı mütləq dağlarda qarşılayacaq. Yeganə sual isə budur: Azərbaycan hansı mövqelərdə qışı keçirəcək?

Noyabrın ilk həftəsində 16-20 dərəcə isti qeydə alınıb. Lakin çərşənbə günündən bu həftənin sonuna qədər güclü yağışların olacağı gözlənilir. Bundan sonra temperator 5-6 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. Uzun sürən yağışlar azərbaycanlıların Bayraktar tipli pilotsuz hücum təyyarələrini istifadəsini praktik olaraq aradan qaldırır. Düzdür, Azərbaycan Ordusu bu mümkün boşluğu artilleriya ilə kompensasiya edə bilər. Mütəxəssislər şübhə etmir ki, Azərbaycan tərəfi artıq bu problemi də çözüb. Ona görə də önümüzdəki günlərdə Qarabağda böyük döyüşlərin gedəcəyinə şübhə yoxdur. Azərbaycan tərəfi Şuşa, Qırmızı bazar və Xocavəndi bir həftə ərzində almaq üçün bütün qüvvələrini səfərbər edib".

Podolyaka şərhinin sonunda həmçinin ABŞ-ın başının prezident seçkilərinə qarışmasının, Avropa ölkələrinin öz daxili problemləri ilə məşğul olmasının, eləcə də pandemiyanın da müharibəni qələbə ilə başa çatdırmaqda Azərbaycanın xeyrinə işlədiyini qeyd edib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »