Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın 250 milyon dollarlıq müharibə büdcəsi – Növbəti 5 ildə yoxsulluqla savaşacaq
Ermənistanın 250 milyon dollarlıq müharibə büdcəsi – Növbəti 5 ildə yoxsulluqla savaşacaq

“Müharibənin 3 ay bu templə davam etməsi Ermənistanın nəinki cəbhədə məğlubiyyəti, həmçinin iqtisadi subyekt kimi yox olması, növbəti 5 ildə ölkədə aclıq və yoxsulluğun tüğyan etməsi deməkdir”.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov səsləndirib.

Rəşad Həsənov Rəşad Həsənov

“Ermənistanın 2020-ci il üçün cəmi müdafiə xərcləri 1 milyard 385 milyon dollar, hərbi xərcləri isə 673 milyon dollar idi. Lakin, işğalçı ölkənin parlamenti oktyabrın 6-da hərbi məqsədli xərclərə əlavə 82 milyon dollar ayırıb. Beləliklə hərbi büdcə cəmi 755 milyon dollara çatdırılıb. Amma burada bir məsələyə diqqət edək. Hərbi xərclər yalnız müharibə şəraiti üçün deyil ümumilikdə ordunun saxlanması, əməkhaqlarının ödənilməsi, texnikanın, yanacağın alınması, təlimlərin və səfərlərin maliyyələşdirilməsi kimi istiqamətləri əhatə edir. Müharibə 3-cü rübün sonunda başlayıb. Bu o deməkdir ki, Ermənistanın hərbi büdcəsini 3/4 hissəsi yaxud 504 milyon dolları artıq xərclənmişdi. Yəni ayrılan vəsaitlə birlikdə Ermənistanın müharibə büdcəsi cəmi 250 milyon dollar olub

Bu gün açıqlanan məlumata görə (MoD of Armenia) bu ölkənin Azərbaycan Ordusunun uğurlu əməliyyatlarını bir günlük izləmə xərcləri (Ermənistanın müharibə xərcləri) 30 milyon dollardır. Başqa sözlə bu günədək artıq 1 milyard 100 milyon xərcləyiblər. Üstəlik Ordumuz onların 2.7 milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Bu da cəmi 3.8 milyard dollar edir. Xatırladım ki, 2020-ci ildə Ermənistanın cəmi Ümümi Daxili Məhsulu 12.5 milyard dollar həcmində proqnozlaşdırılır. Yəni, Ermənistanın müharibə itkiləri ÜDM-in 30 faizini keçib...

Müharibənin 3 ay bu templə davam etməsi Ermənistanın nəinki cəbhədə məğlubiyyəti, həmçinin iqtisadi subyekt kimi yox olması, növbəti 5 ildə ölkədə aclıq və yoxsulluğun tüğyan etməsi, dövlət borcunun ÜDM-ə nisbətinin 300 faizə çatması ilə nəticələnəcək”,- deyə ekspert bildirib..

Son xəbərlər
Bütün xəbərlər »