Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana gələn xarici jurnalistlərin gizli missiyası...
Ilham Əliyev - La Republica

Avropa və Qərb mətbuatının Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə davranışı təsadüfən deyil. Dövlət başçısı xalqa müraciəti zamanı bildirmişdi ki, onlar özlərini prokuror kimi aparırlar. Bütün bunlar təsadüf deyil.

Birinci səbəb ondan ibarətdir ki, həmin KİV orqanları xüsusi tapşırıqla ölkəmizə səfər edirlər. Dövlət başçıları ilə müsahibə almaq səlahiyyətində olan nəşrlər həm də təmsil olunduğu ölkənin siyasətini əks etdirir, üzdə olmayan, alt qatdakı siyasəti. İllər boyu Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələr üzdə deyə bilməzlər ki, müharibəni dayandırın. Çünki beynəlxalq hüquqa əməl etməyə məcburdurlar.

Lakin alt qatda kiçik ölkənin güclənməsini qəbul etmirlər. Çünki Dağlıq Qarabağ münaqişəsi onların əlində Azərbaycana siyasi hücuma vasitədir. Bütövləşən Azərbaycan sözəbaxmaz uşaq kimi əldən çıxar. Beləliklə, Prezident İlham Əliyevlə müsahibə alan jurnalistlər öz ölkələrinin alt qatdakı, yəni pərdəarxası fikirlərini özləri ilə Bakıya daşıyırlar. Bu işin birinci tərəfidir.

İkinci tərəf ondan ibarətdir ki, hər bir aparıcı ölkənin müxbiri təhlükəsizlik orqanının əməkdaşı sayılır. Məsələn, CNN-in əməkdaşı olmaq istəyən müxbir mütləq Mərkəzi Kəşfiyyat İdarəsinin strukturunda yer almalıdır. Bunun üçün vaxtilə Qərbə yönəlmiş fikirlərindən tutmuş, öz hakimiyyətinə müxalifliyi, yaxud etibarlılıq anlayışı, hətta ailəli olub-olmaması nəzərə alınır.

Üçüncü tərəf ondan ibarətdir ki, xüsusi tapşırıqla müsahibə alan müxbir dövlət başçılarına ünvanladıqları sualı fakt formasında vermirlər. Postsovet ölkələrinin mətbuatında əlahzərət fakt əsas və mütləqdir. Ümumiyyətlə, jurnalistikanın əsasını fakt təşkil edir, klassik qanun belədir. Əgər hansısa xəbər dərc olunursa, mütləq qarşı tərəfin də mövqeyi dərc edilməli, daha jurnalistin əlavə şərhi verilməməlidir. Bu qərəz sayılır. Postsovet ölkələrində “eşitdiyimizə görə”, “belə deyirlər” fikirləri əsas sayılır. Qarşı tərəf də bu sualları cavablandlırır. Avropa və Qərb mətbuatına isə xüsusi tapşırıq verildiyinə görə onlar tez-tez müsahibin sözünü kəsir, bəzən uyğun cavab almadıqları sualı yenə ünvanlayırlar. Belə müsahibə tapşırığın yerinə yetirilməsi deməkdir və uyğun cavablar alındıqdan sonra yekunlaşır. Yadınıza gəlirsə, Fox News kanalının əməkdaşı Prezident İlham Əliyevdən müsahibə alarkən tez-tez “bu sualı da verim, yekunlaşdırım” qeyd edirdi. Tapşırıq missiyası tam yerinə yetirilmədiyindən müsahibə uzadılırdı.

Dördüncü cəhət ondan ibarətdir ki, Qərb və Avropa mətbuatı dövlət başçılarının psixoloji vəziyyətini öyrənməyə çalışırlar. Olmayan bir şey fakt kimi ünvanlanırsa, müsahibin psixoloji halına nəzər yetirilir: müsahib əsəbi, yoxsa səbrlidir. Bəzən ola bilər ki, dövlət başçısının əsəbiliyi onun ləkələnməsində sui-istifadə edilər, belə kadrlar təkrar-təkrar efirə verilər. Sonradan dövlət başçılarının psixoloji vəziyyətinə belə don geyindirilir ki, “onun tənqidə dözümü yoxdur, yaxud mətbuatla belə rəftar edən rəhbər söz azadlığına hazır deyil”. Yeri gəlmişkən, ölkə prezidentlərini əsəbləşdirən jurnalistlər buna görə tez tanınırlar və onlara mətbuat aləmində peşəkar deyilir.

Və ən vacibi beşinci cəhət ondan ibarətdir ki, Qərb və Avropa jurnalistlərinə verilən əsas tapşırıq beynəlxalq skandal, eyni zamanda həmin ölkələrin beynəlxalq təşkilatlarla münasibətlərini korlamaqdan ibarətdir. Fox News-in müxbirinin sualına diqqətlə fikir verdikdə bunu görmək mümkündür.

“Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz?”

Digər sual ABŞ-Azərbaycan münasibətlərinin pozulmasına yönəlir. Donald Trampın timsalında.

Müxbir: - Siz Prezident Trampın və onun administrasiyasının münaqişə ilə bağlı söylədiklərindən məmnunsunuzmu? O, Türkiyəni tənqid edib. Açığı, o, hər iki tərəfi tənqid edib. O, ABŞ-dakı çox böyük erməni diasporunu öz tərəfinə çəkmək istəyir. Burada siyasi elementlər də var. Sizcə, ABŞ öz rolunun öhdəsindən yaxşı gəlir?

İlham Əliyev: – Düşünürəm ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Biz bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Biz görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Prezident Trampın Türkiyə ilə bağlı tənqidi fikirlərinə gəlincə, yeri gəlmişkən, mən bunu mətbuatda görməmişəm. Lakin onun fikirləri konstruktiv olub. ABŞ tərəf tutmur. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar”.

Münasibətlərin pozulmasına yönələn sual və lazımi cavabı almayan müxbirin əsəbiliyi hiss edilir. Halbuki, sual həm skandala, həm də ölkə prezidentinin səbrinin daşmasına yönəlmişdi. Fransızlar demişkən, atəş yalnız yaş barıta görə açılmır.

Fox News kanalının əməkdaşı Prezident İlham Əliyevə ABŞ przeidenti Donald Trampa münasibətini dəfələrlə öyrənməyə və neqativ fikir eşitməyə çalışdı. Bununla da Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı ABŞ-ın dəstəyindən mərhum etmək niyyəti açıq-aşkar duyuldu. Əlbəttə ki, Azərbaycan Prezidenti belə bir skandala imza atmadı, çünki siyasi təcrübə öz sözünü deyir. Eləcə də Almaniyanın ARD telekanalına müsahibə zamanı da Rusiyaya dair skandal xarakterli sual verildi. Jurnalistlə Azərbaycan Prezidentinin dialoqunu bir daha nəzərdən keçirək.

Jurnalist: - Onları Rusiya dəstəkləyir.

İ.Ə. -Bu, sizin fikrinizdir?

Jurnalist: - Bu, rəsmidir. Sirr deyil. Başqa kimsə var?

İ.Ə. -Bəlkə də, mən bilmirəm.

Azərbaycan Prezidentinin diplomatiya təcrübəsi və siyasi zənginliyi Qərb və Avropa jurnalistlərinin missiyalarını yarımçıq qoydu. Bu birinci dəfə deyil. Neçə il bundan əvvəl Qərb jurnalistlərindən biri Azərbaycan Prezidentinə “Azərbaycan NATO-ya daxil olacaqmı” sualı ünvanlamışdı. Həssas suala yalnız düşünülmüş cavab vermək lazım gəlirdi. Əgər “Azərbaycan NATO-ya daxil olmağa hazırdır” cavabı verilsəydi, təbii ki, Azərbaycan müəyyən təhdidlə üzləşəcəkdi. Cavab unikallığı ilə seçildi. Təxminən belə: “NATO-dan soruşmaq lazımdır ki, onlar bizi gözləyirmi?”.

Deməli, Qərb və Avropa mətbuatının silahı həmişə atəş açmır. Getdikləri ölkədən asılı olaraq barıtları nəmli hala salınır. Müsahibləri seçərkən bir daha diqqətli olsunlar. Yenə də fransızlar demişkən, barıtın quru olmağına sevinməyin, hədəf düzgün seçilməlidir.

Azər Qismət Azər Qismət
Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »